Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Şəhid ailələrinin gözlədiyi xəbər gəldi: Prezidentin göstərişi yerinə yetiriləcək

273
(Yenilənib 20:32 12.09.2018)
Nazir oktyabr ayından birdəfəlik ödəmələrin verilməsi üçün sənədlərin qəbuluna başlanmasının nəzərdə tutulduğunu deyib

BAKI, 12 sentyabr — Sputnik. Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları hazırlanıb. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, gələn aydan həmin ödəmələrin verilməsi üçün sənədlərin qəbuluna başlanacaq.

Məlumatda qeyd edilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 19 aprel 2018-ci il tarixli Fərmanının icrası və ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi istiqamətlərində aparılan işlər müzakirə olunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, prezidentin 19 aprel 2018-ci il tarixli fərmanının icrası ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən nazirliyə təqdim edilmiş siyahılar üzərində dəqiqləşdirmə işləri bu ayın sonunda yekunlaşacaq. Vərəsələrinə birdəfəlik ödəmələr verilməli olan şəhid hərbi qulluqçuların ümumiləşdirilmiş siyahısı nazirliyin saytında təqdim olunacaq. Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları da hazırlanıb. Bu qaydalar ödəmələrin verilməsi prosedurlarının tam şəffaf və vətəndaş məmnunluğuna səbəb olacaq səviyyədə həyata keçirilməsinə imkan verəcək.

Nazir oktyabr ayından birdəfəlik ödəmələrin verilməsi üçün sənədlərin qəbuluna başlanmasının nəzərdə tutulduğunu deyib. O qeyd edib ki, nazirliyin müvafiq siyahısında olan şəhid hərbi qulluqçuların vərəsələrinin notariat orqanlarında vərəsəlikləri təsdiq edildikdən sonra elektron qaydada onlar barədə məlumatlar nazirliyə ötürüləcək və bu məlumatlar əsasında formalaşan növbəlilik qaydasında ödəmələrin verilməsi təmin olunacaq.

273
Teqlər:
birdəfəlik ödəmələr, fərman, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, hərbi qulluqçu, şəhid
Əlaqədar
Şəhid hərbçilərin vərəsələri üçün müjdə
COVID-19 virusundan ölən şəxs

Bu aralar QİÇS-dən ölənlərin sayı kəskin arta bilər

6
(Yenilənib 00:13 03.12.2020)
BMT xəbərdarlıq edib ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq QİÇS-dən ölənlərin sayı 150 minə qədər artıra bilər.

BAKI, 3 dekabr — Sputnik. BMT-nin QİÇS-lə bağlı ortaq proqramı olan UNAİDS-in hesabatına görə, COVID-19 pandemiyası 2022-ci ilədək, yəni təkcə növbəti ildə 300 minə yaxın yeni QİÇS yoluxmasına, eyni zamanda da 150 minədək QİÇS-dən ölümə səbəb olacaq.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yaranacaq vəziyyətin qarşısının alınması, ölümlərin sayının azalması, eləcə də QİÇS-lə mübarizə məsələsində ölkələr yeni hədəflər müəyyənləşdirməlidirlər.

Qeyd edək ki, hazırda dünyada 38 milyon insan QİÇS-lə yaşayır, onlardan 12 milyonu müalicəsini gözləyir. Statistikaya görə, təkcə ötən il 1,7 milyon şəxsdə ilk dəfə olaraq QİÇS aşkarlanıb.

6
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, QİÇS virusu, QİÇS, BMT
Haluk Levent

Müğənni koronavirusa görə işsiz qalanlar üçün xeyriyyə aksiyası keçirəcək

7
(Yenilənib 00:07 03.12.2020)
Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

BAKI, 3 dekabr — Sputnik. Türkiyəli müğənni Haluk Levent növbəti xeyriyyə işi ilə gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

O, 20 min ailəyə qida paketləri paylayacağını söz verib. Qeyd edək ki, Haluk Levent AHBAP adlı (Anadolu Halk ve Barış Platformu) xeyriyyə təşkilatının lideridir.

Müğənni olmaqla yanaşı, yardıma ehtiyacı olan insanlara kömək kampaniyaları ilə də məşhurdur. O, hətta ötən il Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkən Surə Nadirovanın müalicəsi üçün xeyriyyə konserti təşkil etmişdi.

Sənətçi bundan başqa, ötən ay İzmirdə baş verən zəlzələ nəticəsində sahibsiz qalan və yaralanan heyvanlara da yardım edib.

7