İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Prezident 102 tələbəyə yüksək təqaüd ayırdı

204
(Yenilənib 18:25 12.09.2018)
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb

BAKI, 12 sentyabr — Sputnik. Prezident İlham Əliyev “2018/2019-cu tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, sərəncamla 2018/2019-cu tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

204
Teqlər:
sərəncam, təqaüd, tələbə, ali məktəb, prezident İlham Əliyev