Siqareti qadağan edən işarə, arxiv şəkli

Tütünlə bağlı daha bir qadağa gəldi

280
(Yenilənib 16:54 12.09.2018)
Dəyişiklik “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna uyğunlaşdırma məqsədi daşıyır

BAKI, 12 sentyabr — Sputnik. Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Teatr və teatr fəaliyyəti haqqında” qanunda dəyişikliyə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, komitə sədri Rafael Hüseynov bildirib ki, dəyişikliyə əsasən qanuna yeni 11.4-cü maddə əlavə edilir. Əlavəyə görə, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun 14.1.4-cü maddəsinə uyğun olaraq, teatr tamaşalarında tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi qadağandır.

Dəyişiklik “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna uyğunlaşdırma məqsədi daşıyır.

Dəyişiklik plenar iclasa tövsiyə edilib.

280
Teqlər:
teatr, qanun, Mədəniyyət komitəsi, Milli Məclis