Qaz plitəsi, arxiv şəkli

Diqqət: Bu rayonlarda 5 gün qaz olmayacaq

358
(Yenilənib 21:57 10.09.2018)
“Azəriqaz” istehlakçılardan diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilmələrini xahiş edir

BAKI, 10 sentyabr — Sputnik. Sentyabrın 11-dən etibarən 5 gün müddətində Bərdə, Tərtər, Ağdam, Füzuli, Beyləqan, Ağcabədi rayonlarının qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Yevlax rayonunun isə rayon mərkəzi daxil olmaqla bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Qaz təchizatının dayandırılması Qərb regionu üzrə inzibati rayonların ərazilərində yerləşən qaz təchizatçılarının fasiləsiz və etibarlı şəkildə təbii qazla təmin edilməsi, həmçinin şəbəkənin qaz nəqletmə imkanının artırılması məqsədilə “Qaz İxrac” İdarəsinin balansında olan yeni çəkilmiş mövcud diametri 1020 mm-lik “Qazıməmməd-Qazax” (I xətt) magistral qaz xəttinin 182-210 km-lər arası hissəsinə birləşdirilməsi zərurəti ilə əlaqədardır.

“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

358
Teqlər:
xəbərdarlıq, təchizat, qaz, "Azəriqaz" İstehsalat Birliyi