CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yüz minlərlə insanın dərdinə çarə tapıla bilər - İki böyük təbəqənin qulağı səsdə

CC BY 2.0 / Iñaki Pérez de Albéniz / We're not old at allПожилой мужчина и молодая девушка, фото из архива
Пожилой мужчина и молодая девушка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər iki nazirlik öz qüvvələrini birləşdirsə, həm tələbələr yataqxana problemindən yaxa qurtarar, həm də kimsəsiz qocalara sahib çıxan olar

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 10 sentyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Təhsil Nazirliyi (TN) bir-biri ilə əlaqəsi olmayan iki məsələni birlikdə həll edə bilər. Bunlar tələbə yataqxanalarında yer çatışmazlığı və tənha insanlara baxacaq sosial işçilərin olmaması ilə bağlı məsələlərdir.

BDU-nun tələbələri - Sputnik Azərbaycan
ELM
Abituriyentlər iki ciddi faktla üz-üzə: Universitetlərdə tələbə "aclığı" başlayıb

Azərbaycanda hər il on minlərlə tələbə universitetlərdə təhsil alarkən yaşayış yeri tapmaqda çətinlik çəkir. Sputnik Azərbaycan-ın məlumatına görə, 2018-2019-cu dərs ilinin başlanması ilə əlaqədar olaraq bu problem yenidən qabarıb. Artıq bir aydan çoxdur ki, valideynlər və tələbələrin özləri kirayə evlərdə ucuz otaqlar axtarırlar.

Təhsil Nazirliyinin statistikasına görə, Azərbaycanda dövlət və özəl universitetlərdə təhsil alan 140 mindən yuxarı tələbə var. Onlardan cəmi 9%-i qiyabi təhsil alır. Tələbələrin 30%-ə qədəri Bakıda qohumlarının yanında, yaxud da öz valideynləri ilə birlikdə yaşayır. Yerdə qalanlar isə kirayə mənzillərdə qalmaq məcburiyyətindədir. Tələbə yataqxanalarına gəlincə, qeyd etmək lazımdır ki, onların sayı Bakıda elə də çox deyil.

Bu gün Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Sumqayıt Dövlət Universitetinin yataqxanaları var.

Lakin Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra bir çox tələbə yataqxanalarına qaçqın və məcburi köçkünlər yerləşdirilib. Nəticədə cəmi bir neçə korpus tutulmamış qalıb ki, onlarda da cəmi 8 minə yaxın tələbəni yerləşdirmək mümkündür. Nəticə etibarilə ölkədəki tələbələrin yarıdan çoxu hər il kirayə mənzil axtarışına çıxmalı olur.

Problemi dərinləşdirən məsələlərdən biri də universitetlərin yaxınlığındakı kirayə evlərin aylıq kirayə haqqının baha olmasıdır. Kirayə mənzillərin orta qiyməti 300-500 manatdır. Bu isə işləməyən tələbələr üçün çox bahadır. Ona görə də tələbələr həmin məbləği 2-3 yerə bölmək üçün özlərinə otaq yoldaşı axtarmalı olurlar. Lakin kirayə evlərin sahiblərinin çoxu heç də öz evində şən tələbə qələbəliyini görmək istəmir.

İki nömrəli problem

Məlum olduğu kimi, vəziyyətdən çıxış yolu hər zaman var və o, havadan asılı vəziyyətdə qalıb. Ancaq bu barədə bir az sonra.

Əvvəlcə digər problemdən bəhs etmək istəyirik. Bu, qayğıya ehtiyacı olan tənha qocalardır. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, Azərbaycan vətəndaşlarının 385,9 mininin yaşı 70-dən yuxarıdır. Bu insanların böyük əksəriyyətinin dövlətin və cəmiyyətin qayğısına ehtiyacı var. Onların arasında elələri də var ki, doğmaları onlardan imtina edib, yaxud da hansısa səbəbdən sağ qalan yaxınları yoxdur.

Пожилые люди, фото из архива - Sputnik Azərbaycan
Azərbaycanda yaşlı insanlarla bağlı maraqlı qərar qəbul olundu

Avropada elə insanlara adətən sosial işçilər baş çəkirlər. Onlar yaşlı, tənha və yaxud xəstə insanların ev işlərinə kömək edir, onlar üçün yemək hazırlayır və bazarlıq edirlər. Qocalar tamamilə köməksiz qalanda isə, onları qocalar evinə yerləşdirirlər.

Azərbaycanda 400 minə yaxın 70 yaşdan yuxarı vətəndaşın olmasına baxmayaraq, cəmi bir qocalar evi var. Bu, Bakının Bilgəh qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Müharibə və Əmək Əlilləri üçün Pansionatdır. Bu gün orada 250-dək adam yaşayır ki, onların da əksəriyyəti qadınlardır.

Orada qayğıya ehtiyacı olan bütün qocaları yeləşdirmək mümkün deyil. Eyni zamanda, qocalara baxacaq sosial işçilərə də ehtiyac var.

Hər şey 2x2qədər sadədir

Lakin artıq dediyimiz kimi hər şey havadan asılı qalıb. Bu məsələ iki dövlət orqanını — Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyini həqiqi faydalı əməkdaşlıq üçün birləşdirə bilər. Məsələ hələ ki, açıq qalır. Elə yaşayış binaları tikmək, yaxud ayırmaq lazımdır ki, tələbələr qocalarla birlikdə orada ödənişsiz qalsın və boş vaxtlarda onlara baxsın.

Və ya ƏƏSMN yaşayır yeri olan kimsəsiz pensiyaçıların siyahısını tərtib eləsin (əlbəttə ki, onların razılığı ilə) və təhsil aldığı müddətdə tələbələr onların yanında məskunlaşsın. Təbii ki, başının üstündə damın olması müqabilində cavan adamlar qocalara kömək etməlidir.

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü Araz Əlizadə də öz növbəsində Sputnik Azərbaycan-a deyib ki, bu təşəbbüs özü-özlüyündə yaxşıdır: "Lakin yerli mentaliteti də nəzərə almaq lazımdır. Heç də hər tənha və köməyə ehtiyacı olan qoca öz evinə tələbəni buraxmaz".

Ədalət naminə bunu pensiyaçılar özləri həll etməlidir. Təcrübə göstərir ki, bu cür təşəbbüslər müsbət qarşılanır.

Misal üçün 2018-ci ilin yanvarında Çeçenistan rəhbəri Ramzan Kadırov Azərbaycandakı sığınacaqda tapılmış yaşlı qadını yerbəyer edib. 104 yaşlı Mədinə Əliyeva respublikanın qərbində köməksiz vəziyyətdə tapılarkən, Kadırov onun Çeçenistana aparılmasının qayğısına qaldı. Çünki Əliyeva bildirmişdi ki, milliyyətcə çeçendir.

Kadırov öz növbəsində Əliyevaya Qroznıda mənzil bağışlayıb. Yaşlı qadınla birlikdə həmin mənzilə o vaxtadək sığınacaqda yaşayan yetim iki bacı və bir qardaş da yerləşdirilib. Hazırda onların hamısı bir ailə kimi yaşayır və bir-birilərinin qayğısına qalırlar.

Xəbər lenti
0