Məktəb ləvazimatları

Valideynlər qaçaqaçda, məktəbli yarmarkaları isə "qan ağlayır"

10355
(Yenilənib 15:23 10.09.2018)
Satıcıların sözlərinə görə, yarmarkada qiymətlər digər mağaza və ticarət obyektlərindən ucuz olsa da, alıcı yoxdur

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 10 sentyabr — Sputnik. Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Artıq valideynləri məktəb bazarlığı həyəcanı bürüyüb. Hamı çalışır ki, keyfiyyəti yaxşı, qiyməti isə münasib məktəb ləvazimatları alsın.

Elə bu səbəbdən də paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 10-a yaxın məktəbli yarmarkası açılıb. Metroların qarşısında yarmarka çadırları qurulub. Yarmarkalarda məktəbli ləvazimatları — kitab, dəftər, qələm, karandaş, çanta və digər məhsullar satılır.

Qeyd edək ki, yarmarkalar metronun "Koroğlu", "Neftçilər", "Elmlər Akademiyası", "İnşaatçılar", "Nəriman Nərimanov", "28 May" stansiyalarının giriş-çıxışında yaradılıb. Avqustun 25-dən fəaliyyətə başlayan yarmarkaların qapıları 1 ay alıcıların üzünə açıq olacaq.

Sputnik Azərbaycan-ın əməkdaşı metronun "Elmlər Akademiyası" stansiyası ərazisində qurulmuş məktəbli yarmarkasına, həmçinin "Sədərək" bazarına baş çəkib, satılan məhsulların qiymətlərini öyrənib, satıcı və alıcılarla həmsöhbət olub.

Əvvəlcə onu qeyd edək ki, builki məktəb yarmarkalarında kasadlıq hiss olunur. Elə alıcı baxımından da. Satıcıların sözlərinə görə, yarmarkada qiymətlər digər mağaza və ticarət obyektlərindən ucuz olsa da, alan yoxdur. Kimisi gəlib, sadəcə baxır, kimisi qiymətlərlə maraqlanır, az bir hissə isə nəsə alıb gedir.

Yarmarkadakı satıcı bu vəziyyətdən şikayətlənir: "Elə düşünürdük ki, "Elmlər Akademiyası" metrosstansiyası insanların çox olduğu ərazi olduğu üçün burada satış da çox olar. Amma elə olmadı".

Yarmarkada rəngli qələmlər 2-5 manata, plastilin 1,50 —2,50, pərgar 1,50-3,50, pozan 0,50-2, xətkeş 0.80-1.50, qayçı 1.50-3, ağardıcı 0,90-2, rəngli kağız 1,50-5, rəsm albomu 1,50-5, yapışqan 0,60-2 manata satılır. Dəftərlərin qiyməti, vərəqinin sayından asılı olaraq 80 qəpiyə qədərdir. Sadə qələmlərin qiyməti 30-70 qəpikdir. Qələm qabının qiyməti 5-10, su qabının 5-8 manat, termosun qiyməti isə 8-12 manat arasında dəyişir.

Çantaların qiyməti 17 manatdan başlayır. Satıcılar deyirlər ki, kitablar məktəblərdə pulsuz verildiyi üçün kitab satmırlar.

"Sədərək" ticarət mərkəzində isə qiymətlər müxtəlifdir. Burada çox sayda mağaza olduğu üçün keyfiyyətli və münasib qiymətə məktəbli ləvazimatları da tapmaq mümkündür. Bunun üçün isə bir qədər axtarış etmək lazımdır.

  • Məktəbli yarmarkası
    Məktəbli yarmarkası
    © Sputnik / Irade JELIL
  • Məktəbli yarmarkası
    Məktəbli yarmarkası
    © Sputnik / Irade JELIL
  • Məktəbli yarmarkası
    Məktəbli yarmarkası
    © Sputnik / Irade JELIL
  • Məktəbli yarmarkası
    Məktəbli yarmarkası
    © Sputnik / Irade JELIL
  • Məktəbli yarmarkası
    Məktəbli yarmarkası
    © Sputnik / Irade JELIL
  • Məktəbli yarmarkası
    Məktəbli yarmarkası
    © Sputnik / Irade JELIL
  • Məktəbli yarmarkası
    Məktəbli yarmarkası
    © Sputnik / Irade JELIL
  • Məktəbli yarmarkası
    Məktəbli yarmarkası
    © Sputnik / Irade JELIL
  • Məktəbli yarmarkası
    Məktəbli yarmarkası
    © Sputnik / Irade JELIL
  • Məktəbli yarmarkası
    Məktəbli yarmarkası
    © Sputnik / Irade JELIL
  • Məktəbli yarmarkası
    Məktəbli yarmarkası
    © Sputnik / Irade JELIL
1 / 11
© Sputnik / Irade JELIL
Məktəbli yarmarkası

Satıcı Vüqar Məmmədovun sözlərinə görə, məktəbli formasını hesablamasaq, çanta daxil bir uşaq üçün 80-90 manata bütün məktəbli ləvazimatlarını almaq mümkündür.

"Qiymətlər fərqli olduğuna görə, bir uşaq üçün, valideynin istəyindən asılı olaraq, ləvazimatları 90 manata da almaq mümkündür, 300 manata da. Bu, valideynlərin büdcəsindən asılı olan məsələdir. Burada 15 manata da, 150 manata da məktəbli çantası satılır" — deyə satıcı bildirir.

Satıcılarla söhbət zamanı məlum olur ki, hazırda bazarlarda, Çin, Rusiya və Türkiyədən gətirilmiş məktəb ləvazimatları satılır. Keyfiyyətlərini isə qiymətlərinə baxaraq müəyyən etmək olur.

Satıcıların sözlərinə görə, bu il valideynlər daha çox ucuz məhsullara üstünlük verirlər. Bazarda qiymətlər şəhərin mağazaları ilə müqayisədə xeyli fərqlidir. Yəni daha az büdcəsi olan vətəndaşlar bu bazara üstünlük verə bilərlər.

"Sədərək" ticarət mərkəzində sadə qələm 0,20-0,80, rəngli qələm 1,50-12, xətkeş 0,50-1,50, yapışqan 0,30-1, plastilin 1-5, sadə qələm 0,15-0,30, sulu boya 1,20- 5,30, gündəlik 1,50-3 manata satılır. Dəftərlərin qiymətləri isə belədir: 12 vərəqli 0,30, 40 vərəqli 0,60, 50 vərəqli 0,80, 80 vərəqli 1, 100 vərəqli isə 1,20 —1,50 manatdır.

10355
Teqlər:
qələm, dəftər, məktəb bazarlığı, "Sədərək" ticarət mərkəzi, dərs ili, satıcı, çanta, ləvazimat, valideyn, alıcı, məktəbli, kitab, metro, yarmarka, məhsul, qiymət
Əlaqədar
Bakı məktəblərində bu il təhsil alacaq şagirdlərin sayı açıqlanıb
İlham Əliyev ali məktəb barədə sərəncam imzaladı
Məktəbli formaları ilə bağlı çəkişmələrə son qoyuldu - Seçimdə azadsınız
Məktəblərin rus bölmələrinə hücum: Boş yer yoxdur, müəllim də çatışmır
Lahıcda yeni məktəb binası istifadəyə verildi
Yüksək bal toplasalar da, ali məktəbə qəbul olunmayıblar - STATİSTİKA
İmtahan, arxiv şəkli

Nazirlikdən imtahanlarla bağlı açıqlama

10
(Yenilənib 22:45 15.01.2021)
Nicat Məmmədlinin sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib.

BAKI, 15 yanvar — Sputnik. "Pandemiyadan sonra – ola bilər ki, yaz, yaxud da daha sonrakı semestrdə ənənəvi imtahan sessiyasına keçəcəyik". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsininn müdiri Nicat Məmmədli deyib. Onun sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib. "İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı təkliflər edilir. Amma hazırkı pandemiya dövrü bizdən təhsilə daha məsuliyyətli yanaşmağı tələb edir".

Şöbə müdiri bildirib ki, ötən ilin dekabrında imtahan sessiyasının keçirilməsi haqqında əmr imzalanıb: "Sessiya imtahanları onlayn qaydada 4 həftə ərzində keçiriləcək. Əslində keçən ilin son semestrindən dərslər onlayn keçirilir. Bu, bütün təhsil sistemi üçün bir çağırışdır. Əsas vacib məsələ bir çox hallarda imtahanların formalarının keçirilməsi idi. Bundan əvvəl imtahanlar daha çox yazılı şəkildə keçirilirdi".

10
Bakıda avtomobil tıxacı, arxiv şəkli

Dünyada yollar, məsafələr qısaldılsa da, Azərbaycanda əksinədir

29
(Yenilənib 22:25 15.01.2021)
Hazırda orta hesabla 6 saatı yola sərf etdiyimizi nəzərə alsaq, aylıq olaraq bu rəqəmin azı 120 saat olduğunu deyə bilərik. Bu isə o deməkdir ki, gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən şəxslər təkcə son 5 ayda 600 saatını yola sərf edib.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Bu gün dünyanın bir çox ölkələri məhz yolları, məsafələri qısaltmaq, xüsusən də işçi qrupun rahatlığı üçün müəyyən planlar üzərində çalışırlar. Lakin Azərbaycanda bu müddət azalmaq əvəzinə daha da artırılır. Pandemiyadan öncə getdiyimiz yarım saatlıq yol bu gün 2 saatlıq yola çevrilib. Ümumiyyətlə, pandemiyadan əvvəl də Azərbaycanda bənzər mənzərə müşahidə edilirdi. Bu isə xüsusən gündəlik olaraq işə gedən şəxslər üçün böyük problemə səbəb olur. Yəni, qısa məsafəni hər iki istiqamət üçün qət edən şəxs gününün 4-5, indiki halda isə hətta 6-7 saaatını da yolda keçirmiş olur. Bəs nə etməli?

Öncə dünya ölkələrinin təcrübəsinə nəzər yetirək. Bu gün əksər ölkələrdə artıq şəhərin mərkəzində avtobusların hərəkəti məhdudlaşdırılır. Belə ki, müəyyən məsafədən gələn şəxslər şəhərin mərkəzində avtomobilini park edərək mərkəzdən lazım olan ünvana ya velosiped, ya da ki, ictimai nəqliyyatdan istifadə etməklə çatmış olur. Belə olan halda həm əlavə yanacağa qənaət edilmiş olur, həm havanın çirklənməsinin qarşısı alınır, həm şəhər mrəkəzi sərnişin və piyadalar üçün daha uyğun bir vəziyyətə gəlir, həm də avtomobillərin olmaması səbəbi ilə əlaqədar olaraq tıxaclar yaranmır və beləcə məsafə daha da qısaldılmış olur. 

Sputnik Azərbaycan bu problemlərin həlli barədə nəqliyyat üzrə ekspert Hüseyn Abdullayevlə söhbətləşib. "Azərbaycanda avtobus marşrut xətlərinin planlaşdırılmasında böyük problemlər var. Ümumiyyətlə, heab edirəm ki, Bakının avtobus-marşrut şəbəkəsi yenidən müasir prinsiplərlə qurulmalıdır. Vaxt itkisinə səbəb olan nüanslar aradan qaldırılmalıdır. Avtobuların yollarda gecikməsinin qarşısını almaq üçün müəyyən addımlar atılmalı, ayrıca zolaqlar salınmalı, dəhlizlərdə avtobuslara üstünlük verilməlidir. Bir sözlə ümumilikdə nəqliyyat infrastrukturu ilə bağlı islahatlar aparılmalıdır" - ekspert deyib.

"Magistral avtobus xətlərinin də köməkçi avtobus xətləri olmalıdır. İyerarxiyalı sistemdə mütləqdir ki, bir nəqliyyatdan digər nəqliyyat xəttinə keçid mümkün qədər tez baş versin. Bunun üçün bu marşrutlar hamısı qısa intervalla işləməlidir. Bundan başqa, insanlar böyük məsafələr qət etməməli və hər mübadilə üçün əlavə gediş haqqı ödəməməlidirlər. Lakin qeyd edim ki, Azərbaycanda nəqliyyat sistemində bir pərakəndəlik var, avtobus, metro və dəmiryolu xətti ilə ayrılıqda müəyyən qurumlar məşğul olurlar. Əsas dəhlizlərdə isə avtobuslara üstünlük verilmir", - deyə eskpert bildirir.

Xarici təcrübədən danışdıqda isə, o qeyd edir ki, avtobus marşrutları, həm də digər nəqliyyat növəri arasında konkret iyerarxiya olmalıdır: "Yəni, müəyyənləşir ki, bu xətlərdən hansılar magistral, hansılar köməkçi nəqliyyat yollarıdır. Əsas magistral marşrut xətlərinə sərnişinlərin çıxışını təmin etməkdir", - deyə ekspert əlavə edib.

Millət vəkili Fazil Mustafa isə fərqli fikirdədir. Bu barədə Sputnik Azərbaycan-a danışan millət vəkili belə bir infrastrukturun qurulmasının mümkünsüzlüyündən bəhs edir: "Hazırda yollarda yaranan sıxlıq ilk növbədə metro ilə bağlıdır. Bu səbəbdən əksəriyyət minik avtomobilindən istifadə etmək məcburiyyətində qalır. Məktəblər açılmasa da, şəhərdə fəlakətli səviyyədə tıxaclar var. Pandemiya şəraitində yaranan vəziyyət təbiidir. Çünki avtobuslar da riskli olduğundna insanlar şəxsi avtomobillərə üstünlük verirlər. Bu səbəbdən hələlik çıxış yolu haqda danışmaqda çətinlik çəkirəm. Amma düşünürəm ki, tədricən metronun açılmasını görməliyik. Çünki nəqliyyatda hədsiz yüklənmə var".

Millət vəkili heab edir ki, şəhərin mərkəzinə çatmamış avtomobillərin park edilməsi təcrübəsini Azərbaycanda tətbiq etmək çətin olar: "Düşünürəm ki, bunun heç faydası da olmayacaq. Çünki bizdə normal elektrik qatarı yoxdur. Bu təcrübə yalnız düzgün infrastrukturun qurulduğu şəhərlər üçün keçərlidir. Bizdə isə düzgün infrastruktur qurulmayıb, şəhərsalmanın prinsipləri pozulub. Xaricdə belədir ki, məktəbəqədər yaşda olan uşaqlar üçün xüsusi avtobuslar var. Bizdə məktəbəqədərlər 25 faiz təşkil etsə də, heç bunu da təmin edə bilmirik".

Bir sözlə, hazırda gündəlik hesabla 6 saatı yola sərf etdiyimizi nəzərə alsaq, aylıq olaraq bu rəqəmin azı 120 saat olduğunu deyə bilərik. Bu isə o deməkdir ki, gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən şəxslər təkcə son 5 ayda 600 saatını yola sərf edib. 

Qeyd edək ki, pandemiyadan öncə isə gündəlik olaraq işə gedib-gələn və bir qədər şəhərin mərkəzindən kənarda qalan şəxslər 4 saatını yola sərf edirlər. Yəni, aylıq olaraq bu 80 saat, illik olaraq isə 960 saatdır.

Hələlik isə ümid təkcə metronun açılmasına qalır...

29
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0