Qafqaz dağları, arxiv şəkli

Səyahətə gedənlər üçün vacib xəbər açıqlandı

80
(Yenilənib 18:18 07.09.2018)
Paytaxt qonaqlarının nəzərinə çatdırılır ki, sentyabrın 8-9-da hava şəraitinin yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir

BAKI, 7 sentyabr — Sputnik. İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumatda Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırılır ki, səhər və axşam arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 27-32, dağlıq rayonlarda 18-23 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları, əsasən, yağmursuz hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 28-33, dağlıq rayonlarda 20-25 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında, əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da, əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə çatdırılır ki, sentyabrın 8-9-da hava şəraitinin yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu 28-30 dərəcə isti təşkil edəcək.

80
Teqlər:
külək, temperatur, istirahət günləri, hava proqnozu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti
Kadir Doğulu və Neslihan Atagül

"Səfirin qızı" rolunun ifaçısı serialdan ayrılıb

1
(Yenilənib 06:58 26.01.2021)
Neslihan Atagülun son durumu "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər.

BAKI, 26 yanvar — Sputnik. Səhhətində ciddi problemlər yarandığı üçün "Sefirin Kızı" serialından ayrılan Neslihan Atagül ilə bağlı yeni xəbər var.

Sputnik Azərbaycan xəbər verir ki, aktrisanın xəstəxanadan görüntüsü yayılıb. Onun bu halı "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər. Aktrisa xəstəxanadan video çəkərək hazırda vəziyyətinin yaxşı olduğunu, müalicənin davam edəcəyini bildirib.

Məlumat üçün bildirək ki, gənc aktrisa bağırsaq sızması sindromundan əziyyət çəkir. Bu səbəbdən sürətlə arıqlayan Neslihan hətta çəkilişlərə son verib və "Sefirin kızı" serialından ayrılıb.

1

Xırdalanda partlamış evin dağıntıları altından qadın meyiti çıxarılıb

73
(Yenilənib 00:34 26.01.2021)
Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızı olduğu bildirilir.

BAKI, 26 yanvar - Sputnik. Xırdalanda partlayışda həlak olan qadının nəşi dağıntılar altından çıxardılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xırdalanda baş verən partlayışda 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayeva faciəli şəkildə dünyasını dəyişib. Bu barədə Sputnik Abşeron MRX-nın direktoru Mehriban Qaralova məlumat verib. O, bildirib ki, Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri uşaqdır.

Partlayış zamanı xəsarət alanlardan biri Musayev Vüsal Firuddin oğlunun həyat yoldaşı Aytən Musayeva dağıntılar altından ölü tapılıb. Onun azyaşlı qızının axtarışları davam edir. Oğlu 10 yaşlı Musayev Firuddin Vüsal oğlu və həyat yoldaşı xəstəxanada müalicə alırlar.

Partlayış zamanı xəsarət alanlar 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu, onun 10 yaşlı oğlu, 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədovadır.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı,  1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur. 

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.

 

73