Üzünü gizləmiş uşaq

Bakıda böyüklərin təqib etdiyi uşaq kimdir: Ortada elə bir şübhə var ki...

16593
(Yenilənib 15:54 07.09.2018)
Küçələrdə böyüyən bu uşaq həyatın hər üzünü görüb və ona görə də heç nədən qorxmur

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 7 sentyabr — Sputnik. Bakıda "Gənclik" metrostansiyasında səhər saat 4-dək gəlib-gedənlərdən kağız salfet almağı xahiş edən 12 yaşlı oğlan (adı etik məsələlərə görə çəkilmir — red.) xüsusi diqqət çəkib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağazadə məlumat verib. 

Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə
Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə

"Biz uzun müddət "Mcdonalds" restoranının yaxınlığındakı həmin uşağı müşahidə etmişik və müəyyənləşdirmişik ki, o, tək deyil, böyüklər tərəfindən təqib edilir. Bu adamlar onun qohumlarıdır" — deyə hüquq müdafiəçisi bildirib.

Ağazadə deyib ki, uzun müddət müşahidə edəndən sonra oğlanın yanına getmək qərarına gəlib. Məlum olub ki, uşaq kifayət qədər özünə əmindir, heç nədər qorxmur, çünki qəyyumları yaxınlıqdadır. Hüquq müdafiəçisi Çevik Polis Alayının əməkdaşlarından bu vəziyyəti araşdırmağı xahiş edib. Nəticədə oğlanı Bakının Nərimanov rayonundakı 18-ci polis bölməsinə aparıblar.

Uşağın valideynləri də polis bölməsinə çağırılıb. Məlum olub ki, oğlanın 45 yaşında anası, 50 yaşlı atası və iki böyük bacısı var. Bacılardan birinin yeri barədə heç nə məlum deyil. Digər bacı isə əvvəllər məhkumluq həyatı yaşayıb və əvvəllər məhkum olmuş bir kişi ilə yaşayır. Sonuncu hər gün axşam saat 20.00 radələrində uşağı metrostansiyasının bu və ya digər çıxışına gətirib qoyur və səhər saat 04-ə qədər onu kənardan müşahidə edir.

Polislə söhbət zamanı oğlan etiraf edib ki, onun gündəlik gəliri 65 manat civarındadır. "Hər gün axşam saat 8-dən səhər saat 4-dək neçə qutu salfet satmaq lazımdır ki, azı 65 manat pul qazanasan? Mən hesablamışam ki, bunun üçün, azı 100 qutudan artıq salfet satmalısan. Bu mümkün deyil. Deməli, o, təkcə salfet satmır. Bilmək lazımdır ki, o, başqa nə işlə məşğul olub. Ola bilsin, kuryerliklə məşğul imiş. Bunu yoxlamaq lazımdır" — Ağazadə bildirib.

Yeri gəlmişkən, oğlanın valideynləri polis bölməsinə gətirilib. Anası ağlayıb ki, bu uşaq onların yeganə gəlir mənbəyidir. Ata isə onları rahat buraxmağı tələb edib və deyib ki, vaxtilə cəbhə bölgəsində vuruşub.

Araşdırma zamanı o da məlum olub ki, uşaq heç vaxt məktəbə getməyib. O işləyib və qazandığı bütün pulları ailəsinə verib. Bu pulla təkcə uşağın ata-anası deyil, bacısının ailəsi də dolanıb. Yeznəsi pulun bir hissəsini uşaqdan ona görə alıb ki, onu daşıyır və gecələr mühafizə edir. Praktiki olaraq küçələrdə böyüyən yeniyetmə isə artıq həyatın hər üzünü görüb və ona görə də heç nədən qorxmur.

Ağazadə uşaqdan narkokuryer kimi istifadə olunduğundan da şübhələnir. Lakin hesab edir ki, bunu hüquq-mühafizə orqanları araşdırmalıdır.

Hüquq müdafiəçisi tələb edib ki, oğlanı ailəsindən alaraq Azərbaycan Uşaqlar Birliyinin Reinteqrasiya Mərkəzinə versinlər. Hazırda uşaq artıq sözügedən sığınacaqdadır. Lakin məlum məsələdir ki, həyatı başqa cür qəbul edən bu oğlanı reabilitasiya etmək üçün çox çalışmaq lazım gələcək.

Öz növbəsində, valideynlərini də valideynlik hüququndan məhrum olunmaq təhlükəsi gözləyir. Onlar, güman ki, həm də həddi buluğa çatmayan uşaq əməyinin istismarına görə cinayət məsuliyyətinə cəlb olunacaqlar.

16593
Teqlər:
AUB, salfet, Azərbaycan Uşaqlar Birliyi, "Gənclik" metrostansiyası, Kəmalə Ağazadə, valideyn, Bakı, polis, uşaq
Əlaqədar
Dəhşətli qəza baş verdi: Piyada zolağında dayanan qadın və iki uşağı havaya uçdu – VİDEO
DİN “araq içən” uşaqlarla bağlı məlumat yaydı
Xəzər bu dəfə uşaq qatili oldu
Uşaq oğrularının aqibəti faciəli oldu: Polis heç nə edə bilmədi
Xəyanət, həbs, ölüm və 4 sahibsiz uşaq - Bakıda ərli qadın nə hoqqalardan çıxıb
Bakıda iki uşaq atası olan sahibkar intihar edib
İyirmi il öncə öldürülən uşağın qatili tapıldı
Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə prosess

Bakıda 14 erməni terrorçunun məhkəməsi başlayır

4
Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək məhkəmədə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiriləcək və cinayət işi məhkəmə baxışına təyin ediləcək.

BAKI, 16 iyun — Sputnik. Bu gün Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvü - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Sputnik Azərbaycan xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.

Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək məhkəmədə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiriləcək və cinayət işi məhkəmə baxışına təyin ediləcək.

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatla atəşkəsin elan olunmasından sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Aparılmış istintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar. Həmin birləşmələrin üzvləri 26-27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin üzvləri Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç və digərlərinin, ümumilikdə 14 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

DTX-nın aniterror əməliyyatı

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Məlumat verildiyi kimi, silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və qeyriləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

4
 Pandemiya zamanı imtahan

DİM imtahanların vaxtını dəyişdi

173
(Yenilənib 10:53 16.06.2021)
İyulun 1-də keçiriləcək imtahanda sıxlığın yaşanmaması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən addım atılıb.

BAKI, 16 iyun — Sputnik. Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 1 iyul 2021-ci il tarixində müxtəlif növ imtahanların keçirilməsi nəzərdə tutulurdu. Bu imtahanlarda iştirak etmək üçün 26 mindən artıq abituriyent qeydiyyatdan keçib. İmtahanlarda iştirakçıların sıxlığının azaldılması məqsədilə Mərkəz tərəfindən bu imtahanların iyulun 1-də və 2-də müxtəlif şəhər və rayonlarda keçirilməsi qərara alınıb.

İyulun 1-də və ya 2-də imtahan keçiriləcək şəhər və rayonların siyahısı yaxın günlərdə elan olunacaq.

Qeyd edək ki, iyulun 1-də və 2-də aşağıdakı imtahanlar keçiriləcək.

- əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

- müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;

- aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı;

- eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

173