CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DYP - sürücü mübahisələrinə səbəb olan əsas suallardan birinin cavabı verildi

© Sputnik / Irade JELILNeftçilər prospektində yeni quraşdırılmış işıqfor
Neftçilər prospektində yeni quraşdırılmış işıqfor - Sputnik Azərbaycan
Abunə olmaq
Burada əsas məsələ sizin təhlükəsizliyinizdir

BAKI, 5 sentyabr — Sputnik. Hamı işıqforun qırmızı işığında keçməyin qadağan olunduğunu bilir, amma sarı işıq məsələsində o qədər də əminlik yoxdur. Ona görə izah etmək ehtiyacı yaranır. Sarı işıqda keçən zaman cərimələnə bilərsinizmi?

Автомобиль дорожно-патрульной службы в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yol polisi sürücülərə xəbərdarlıq etdi

Sputnik Azərbaycan avtostop-a istinadla xəbər verir ki, ilk olaraq "Yol Hərəkəti haqqında" (YHQ) qanunun 59-cu maddəsinə uyğun olaraq işıqforun işıqlarının mənasına baxmaq lazımdır.

III. İşıqforun dairəvi siqnallarının aşağıdakı mənaları var:

1) yaşıl rəngli işığın yanması — bu siqnal hərəkətə icazə verir;

2) yaşıl rəngli işığın yanıb-sönməsi — bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər);

3) sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir;

4) sarı rəngli işığın yanıb-sönməsi — hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir;

5) qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi — bu siqnal hərəkəti qadağan edir;

6) qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması — bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir.

Buradan bir nəticə çıxır ki, işıqforun sarı işığında hərəkət etmək qadağandır. Qayda pozuntusu edənə İXM-nin 327.2- ci maddəsi ilə cərimə tədbiq ediləcək — 60 manat və 3 bal.

Lakin, işıqforun sarı işığında hərəkət etməyə icazə verən hallar var. YHQ-nin 60-cı maddəsinin 4-cü hissəsinə əsasən, işıqforun sarı işığı yandıqda və ya nizamlayıcı əlini yuxarı qaldırdıqda, sürücü stop xəttdə dayan bilməyəcəksə, o zaman qəfil tormozlama olmaması üçün sürücü yolayrıcını keçə bilər.

IV. İşıqforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir.

Bu məsələdə bir qədər çətinlik var. Situasiyanın özünü sübut etmək çox çətindir. DYP əməkdaşı sürücüyə "sən dayana bilərdin" sübutunu edə bilməz, eyni şeyi də sürücü ona əksinə sübut edə bilməyəcək.

YPX inspektorları adətən belə hallarda İXM 327.2-ci maddəni tədbiq etməyə üstünlük verirlər. Üstəgəl, axı bu, o demək deyil ki, sarı işıqda keçmək olar. Burada əsas məsələ sizin təhlükəsizliyinizdir. Risk etməyin. Sarı işıq gördünüzsə, qaz əvəzinə əyləci basın!

Xəbər lenti
0