Qusarın Həzrə kəndində yerləşən qədim qəbiristanlıq

Azərbaycanda sevgililər qəbiristanlığı varmış: Qoşa qəbirlərin yanında dəfn qadağandır

16513
(Yenilənib 09:46 05.09.2018)
Buradakı qəbir daşları başqalarından həm də uzunluğuna görə seçilir

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 5 sentyabr — Sputnik. Azərbaycanın hər daşında gizli bir tarix yatır. İndiki dövrə qədər ölkəmizin regionlarında hələ tarixi məlum olmayan abidələrə, qəbir daşlarına rast gələ bilirik.

Respublikamızın ecazkar bölgələrindən olan Qusar rayonu həm də tarixi abidələrlə, qəbir daşları ilə zəngindir. Rayonda yerləşən tarixi abidələrin, qəbir daşlarının bəzilərinin tarixi dəqiq məlum deyil. Belə qədim abidələrdən biri də rayonun Həzrə kəndində yerləşən qədim qəbiristanlıqdır.

Bu qəbiristanlıq digər məzarlıqlardan çox fərqlənir. Belə ki, burada dəfn olunanlar yan-yana qazılmış qoşa məzarlarda basdırılıblar.

Qədim abidə haqqında kəndin ağsaqqallarından məlumat almağı özümüzə borc bildik. Çünki belə qədim və maraqlı qəbir daşlarına hər yerdə rast gəlmək mümkün deyil. Üz tutduğumuz kənd sakinləri bu qəbiristanlığın çox qədim olduğunu, dəqiq yaşının isə heç kimə məlum olmadığını vurğuladılar.

Qusarın Həzrə kəndində yerləşən qədim qəbiristanlıqdakı qoşa qəbir
© Sputnik / Leyla Abdullayeva
Qusarın Həzrə kəndində yerləşən qədim qəbiristanlıqdakı qoşa qəbir

Məzarlıq haqqında öyrəndiyimiz ən maraqlı məlumat o oldu ki, burada sevgi ilə ailə qurub, ömrünün sonuna qədər ibadətlə məşğul olan ailələri dəfn ediblər. Qəbirlər iki formadadır. Birinin yuxarı hissəsi yastı şəkildə, digəri isə papaq formasındadır.

Kənd sakinlərinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışdıqlarına görə, yastı qadın, papaq formasında olan isə kişi qəbri olmasını nişanə verir. Qadın və kişi yan-yana basdırılıb, onların yanında, demək olar ki, başqa şəxslərin basdırılması qadağan olunub. Təəssüflər olsun ki, qəbirlərin bir neçəsi yararsız hala düşüb.

Kənd sakini Məhbubə xanımdan öyrəndik ki, buradakı qəbirlərin üzərində təsbeh, namaz qılmaq üçün xalça, dəstəmaz almaq üçün su qabı da əks olunub: "Buradakı qəbir daşları başqalarından həm də uzunluğuna görə seçilir. Hər qəbir daşının uzunluğu, təxminən 2 metrdən çoxdur".

"Yaşlı insanların dediklərinə görə, bu qəbirlərin yaşı 19-cu əsrə qədər gedib çıxır. Hər məzarın üzərində müxtəlif şəkillər çəkilib" — deyə həmsöhbətimiz vurğuladı.

Onu da qeyd edək ki, qədim tarixə malik olan Həzrə kəndində iki daha belə qədimi qəbiristanlığa rast gəlmək olar. Onların hər birinin özünəməxsus tarixi var.

16513
Teqlər:
Həzrə kəndi, Qusar rayonu, abidə, kənd, dəfn, qəbir, sakin, qəbiristanlıq, tarix, Azərbaycan
Əlaqədar
Xaçmazda qəbiristanlıq yanıb
Qəbiristanlığa ziyarətə getdi, özü öldü
Sirli qəbirlər açıldı, skeletlər ekspertizaya göndərildi, hər kəs intizarla rəyi gözləyir
Trampa qəbiristanlıq fotosu verildi, xəbərdarlıq edildi
Qəbir oğruları saxlanılıb
Xırdalan qəbiristanlığında nə baş verir — Direktor danışdı
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu

Mövlud Çavuşoğlu Azərbaycanı təbrik etdi

6
(Yenilənib 23:09 24.05.2020)
Nazirlər, həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi aparıblar

BAKI, 24 may — Sputnik. Xarici İşlər naziri Elmar Məmmədyarovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon söhbəti baş tutub.

Azərbaycan XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov həmkarı Mövlud Çavuşoğlunun Azərbaycanın 28 May- Respublikası Günü münasibətilə səmimi təbriklərini qəbul edib. Tərəflər, habelə bir-birlərini Ramazan bayramı münasibətilə təbrik edərək ən xoş arzularını dilə gətiriblər

Nazirlər, həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi aparıblar.

6
Əlaqədar
Azərbaycanla Türkiyə bəzi mallara görə rüsumları sıfırlayacaqlar
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik etdi
Türkiyəli aktyor azərbaycanlı tələbələrə yardım etdi
Türkiyə islam ölkələrini toplayır - Fələstin üçün
Dollar, arxiv şəkli

Naominin pulunu saya bildilər

7
(Yenilənib 22:16 24.05.2020)
Osaka US Open-2018-in finalında məhz Serena Uilyamsı məğlub etməsi ilə hamının diqqətini üzərinə cəlb edə bilmişdi

BAKI, 24 may — Sputnik. Yaponiyalı tennisçi Naomi Osaka ötən il ərzində 37.4 milyon dollar qazanaraq dünyanın ən çox məvacib alan qadın idmançısı oldu.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Forbes yazıb.

​N.Osaka amerikalı tennisçi Serena Uilyamsı 1.4 milyon dollar “üstələyib”. Serena ən yüksək məvacibi olan idmançı qadınların siyahısına dörd il dalbadal başçılıq edib.

​2015-ci ildə qadın atletlər arasında ən çox qazanan rusiyalı tennisçi Mariya Şarapova olmuşdu (29.7 milyon dollar).

Osaka US Open-2018-in finalında məhz Serena Uilyamsı məğlub etməsi ilə hamının diqqətini üzərinə cəlb edə bilmişdi.

 

7
Əlaqədar
Milli Olimpiya Komitəsi "Olimpiya Günü"nü eyvanda qeyd edib
Tennisin əfsanəsi karyerasını başa vurdu – Şarapova getdi
Üçüncü türk: Onu "Barselona" ilə bağlayırlar
Şəhər küçələrinin idmanı: Bakının mərkəzində parkur
Avstriya Prezidenti Aleksandr Van der Bellen, arxiv şəkli

Polis prezidenti... bağlı restoranda tapdı

0
(Yenilənib 23:36 24.05.2020)
Avstriyada restoranlar 23:00-dan sonra bağlanmalıdır, yəni həmin vaxtdan etibarən qonaqlara heç nə təqdim etmək olmaz, mətbəx və bar işləməməlidir

BAKI, 24 may — Sputnik. Vyana polisi Avstriya Prezidenti Aleksandr Van der Belleni və xanımını gecə vaxtı bir italyan restoranında “yaxalayıb”. Ölkədə mövcud olan karantin qaydalarına görə, 23:00-dan sonra ictimai iaşə müəssisələri bağlı olmalıdır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə “Kronen Zeitung” qəzeti yazıb.

“Lokdaundan sonra ilk dəfə xanımım və iki dostumla birlikdə şam etməyə getdik. Biz söhbətləşirdik, təəssüf ki, saata baxmağı unutduq. Çox təəssüf edirəm. Bu, səhv idi. Əgər restoran sahibinin hansısa itkiləri olacaqsa, buna özüm cavabdeh olacam”, - deyə Prezident Twitter-də yazıb, üstəlik qəzetin məqaləsini də paylaşımına əlavə edib.

Polis “Sole” adlı italyan restoranına 00:20-də gəlib və eyvanda əyləşmiş qonaqların içki içdiklərini görüb. Əslində isə bura saat yarım əvvəl bağlanmalı imiş. Qəzet yazır ki, tanınma zamanı qonaqlar özlərini mehriban aparıblar.

​“Federal Prezident bir çox artistlər kimi tez-tez qonağım olur. Şama bu dəfə balıq sifariş etmişdi. Mən hər şeyi doğru elədim, qanunun tələbi ilə: saat 23:00-da biz sonuncu içkiləri gətirib kafeni bağladıq. Sonra Prezident hələ bir müddət də - əvvəl mən də orada idim – xanımı ilə bayırdakı örtülü eyvanda söhbət elədi”, - deyə restoranın direktoru Aki Nuredini “Kronen Zeitung”a bildirib.

Avstriyada restoranlar 23:00-dan sonra bağlanmalıdır, yəni həmin vaxtdan etibarən qonaqlara heç nə təqdim etmək olmaz, mətbəx və bar işləməməlidir. Ancaq eyni zamanda, nəzəri olaraq restoran qonaqlara masa arxasında əyləşməyə icazə verə bilər. İndi Vyananın magistratı restoran sahibini 30 min avro cərimələmək, ya da günahını bağışlamaq haqda qərar verməlidir. Prezident və xanımına görə idə hadisəyə görə heç bir cərimə nəzərdə tutulmur.

Avstriyada martın 16-da bağlanan kafe və restoranlar mayın 15-də fəaliyyətlərini bərpa edib. Onlar səhər 6:00-dan 23:00-dək işləyə bilər. Bir masa arxasında maksimum dörd böyük adam (uşaqlar istisna) əyləşə bilər, qonaqlar arasındakı məsafə ən azı 1 m olmalıdır. Müştərilərlə birbaşa ünsiyyətdə olan personal ya qoruyucu maska, ya da üz sipəri taxmalıdır, müştərilər isə maska taxmaqda sərbəstdirlər.

0