Araq qədəhi

DİN “araq içən” uşaqlarla bağlı məlumat yaydı

180
Orxan Mansurzadə: “Su doldurulmuş qabı “spirtli içki” adı ilə süfrəyə qoyublar”

BAKI, 4 sentyabr — Sputnik. Sosial şəbəkələrdə əllərində stəkan tutub sağlıq deyən azyaşlıların valideynləri cərimələnib.

Sputnik Azərbaycan-ın Report-a istinadən məlumatına görə, Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, son günlər bəzi saytlarda, sosial şəbəkələrdə spirtli içki qəbul edən və siqaret çəkən azyaşlıların videogörüntüləri yayımlanıb: "Həmin görüntülərin harada və kimlər tərəfindən çəkilməsi, internet səhifələrində yayılması ilə bağlı müvafiq araşdırma aparılıb. Nəticədə yayılmış videogörüntülərin Ağdam rayonunun Bənövşələr qəsəbəsində çəkildiyi müəyyən edilib. Həmin kəndə qonaq gələn, əslən Ağdam və Xocavənd rayonlarından olan, Bakı şəhərində anadan olmuş iki yeniyetmə bu ilin iyun ayında Bənövşələr qəsəbəsində əvvəllər tanıdıqları, həmyaşıdları olan iki qardaşla sonuncuların yaşadıqları evin həyətində məclis qurmağı və çəkiliş etməyi planlaşdırıblar. Bu məqsədlə evdən müəyyən mətbəx əşyaları və qida məhsulları gətirərək həyətə düzmüş, su doldurulmuş qabı “spirtli içki” adı ilə süfrəyə qoyublar".

Onun sözlərinə görə, “Məclis”də yeniyetmələr hazırda hərbi xidmətdə olan bir həmkəndlilərinin şərəfinə sağlıq deyərək əvvəlcədən stəkanlara doldurduqları suyu içiblər: "Az sonra sosial şəbəkələrdə sürətlə yayılan həmin görüntüləri də paytaxtdan gəlmiş oğlanlardan biri çəkərək şəxsi "İnstagram" səhifəsində yerləşdirib, oradan isə sosial şəbəkələrə və müxtəlif saytlara yayılıb. Araşdırma zamanı azyaşlılar və onların valideynləri ərazi aidiyyəti üzrə polis orqanlarına dəvət edilib, onlarla zəruri profilaktik söhbətlər aparılıb, yetkinlik yaşına çatmayanların tərbiyə olunması ilə bağlı valideyn kimi üzərilərinə düşən vəzifələrin lazımınca yerinə yetirilməsi onlardan tələb edilib. Hər bir valideyn barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, barələrində inzibati protokol tərtib olunub və onlar inzibati qaydada cərimə ediliblər. Gələcəkdə azyaşlılar tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsinin qarşısının alınması və onlar üzərində nəzarətin artırılması məqsədilə yeniyetmələr fərdi nəzarətə götürülüblər".

"Təəssüflə qeyd edilməlidir ki, azyaşlılar barəsində bu cür neqativ halları əks etdirən məlumatlar müvafiq tədbirlərin görülməsi və qarşısının alınması məqsədilə aidiyyəti dövlət qurumlarına, o cümlədən ərazi polis orqanlarına deyil, ucuz sensasiya, reytinq dalınca qaçan bəzi xəbər saytlarına, internet resurslarına ötürülür. Aidiyyəti dövlət orqanları ilə dəqiqləşdirilməmiş, yoxlanılmamış belə məlumatlar ictimaiyyətdə çaşqınlıq yaradılmasına xidmət edir ki, bu da qətiyyən yolverilməzdir" – O.Mansurzadə qeyd edib.

180
Teqlər:
cərimə, valideyn, araq, uşaq, açıqlama, polis polkovniki Orxan Mansurzadə, Daxili İşlər Nazirliyi
Qərənfil, arxiv şəkli

Azərbaycanda idman assosiasiyasının rəhbəri vəfat edib

4
(Yenilənib 18:17 08.08.2020)
Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti professor Xanlar Qurbanov bu gün, 71 yaşında vəfat edib

BAKI, 8 avqust — Sputnik. Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "İdmanın təkmübarizlik növləri” kafedrasının müdiri, professor Xanlar Qurbanov dünyasını dəyişib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası sosial şəbəkədə məlumat yayıb.

Məlumatda deyilir ki, SSRİ İdman ustası, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, Olimpiya Akademiyasının vitse-prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti, “Tərəqqi” ordeninin laureatı, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Xanlar Qurbanovunun vəfatı yalnız Akademiyaya deyil, idman aləminə böyük itkidir.

Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və tələbələri Xanlar Qurbanova rəhmət diləyib, ailəsi və yaxınlarına başsağlığı verib.

4
 Xaçmaz rayonunda Şəhidlər Xiyabanı yenidən qurulur

Vətən uğrunda canından keçənlərin uyuduqları məkan yenidən təmir olunur

3
(Yenilənib 16:45 08.08.2020)
Xaçmazın Şəhidlər Xiyabanında quruculuq işləri aprel ayından başlanılıb. 225 nəfərin şəkilləri əks olunan xatirə lövhələrinin yenidən quraşdırılması yekunlaşmaq üzrədir

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. Xaçmaz rayonunda baxımsız və köhnə vəziyyətdə olan Şəhidlər Xiyabanı yenidən qurulur. Rayonun icra başçısı Elnur Rzayevin qərarı ilə uzun müddətdir baxımsız halda olan Şəhidlər Xiyabanında əsaslı bərpa və təmir işləri başlanılıb. Bununla bağlı məlumatı Sputnik Azərbaycan-a Xaçmaz rayon İH-in baş məsləhətçisi Yaqut Məhsimova verib.

Onun sözlərinə görə, təmir başa çatdıqdan sonra burada yeni yaşıllıqlar, ağac və gül kolları əkiləcək və abadlaşdırılacaq: “Xaçmaz rayonundan Vətən uğrunda 225 nəfər şəhid olub. 2006-cı ildə onların xatirəsini əbədiləşdirmək  üçün Şəhidlər Xiyabanı kompleksi salınıb. İllər keçdiyinə görə xiyaban yararsız hala düşüb. Və bu səbəbdən burada yenidən quruculuq-bərpa işləri aparılır. 2500 kvadratmetr sahəni əhatə edən xiyabanda quruculuq işləri aprel ayından başlanılıb. Hal-hazırda işlər davam etdirilir. 225 nəfərin şəkilləri əks olunan xatirə lövhələrinin yenidən quraşdırılması yekunlaşmaq üzrədir”.

  • Xaçmaz rayonunda Şəhidlər Xiyabanı yenidən qurulur
    © Sputnik / Leyla Abdullayeva
  • Xaçmaz rayonunda Şəhidlər Xiyabanı yenidən qurulur
    © Sputnik / Leyla Abdullayeva
  • Xaçmaz rayonunda Şəhidlər Xiyabanı yenidən qurulur
    © Sputnik / Leyla Abdullayeva
1 / 3
© Sputnik / Leyla Abdullayeva
Xaçmaz rayonunda Şəhidlər Xiyabanı yenidən qurulur

“Xiyabanın mərkəzində hündürlüyü 17 metrə yaxın olan "Əbədi məşəl" xatirə kompleksinin tikintisinə başlanılıb. Bundan başqa, xiyabanda Xaçmazın Milli Qəhrəmanı Yavər Şahbazovun büstü də qoyulacaq. Aprel ayında başlanılan quruculuq işlərinin oktyabr ayında başa çatacağı gözlənilir. Təbii ki, bunların hamısı hər zaman şəhidlərimizə və onların ailələrinə dəyər verən cənab Prezidentimiz İlham Əliyevin göstərdiyi diqqətin bariz nümunəsidir. Bundan başqa, xiyabanla yanaşı, kəndlərdəki şəhidlərin də məzarları yenidən bərpa edilir”, - Y.Məhsimova bildirib.

Şəhidlər Xiyabanında gedən təmir-bərpa işləri, şəhid ailələrini də çox sevindirib. Bu barədə açıqlama verən şəhid Niftəliyev Adil Kamal oğlunun bacısı Qızılgül xanım öz duyğularını bizimlə bölüşüb. Onlar bu xəbəri eşidəndən həm kövrəldiklərini, həm də sevindiklərini bildirib. Onun sözlərinə görə, xiyabana gedən zaman lövhələrin yararsız hala düşdüyünü görəndə çox narahat olurdular. O, ən azından lövhələri yaxşı vəziyyətdə görəndə mənən də olsa rahatlıq tapdıqlarını bildirib.

3
Əlaqədar
Gənc heykəltaraş bu dəfə polkovnikin xatirəsini əbədiləşdirib
General-mayor Polad Həşimov səngərdə şəhid olub - Müdafiə Nazirliyi
“Ailəsinə bağışlaya bilərəm” – Gənc heykəltəraş 4 günə generalın büstünü hazırlayıb
General Polad Həşimovun adı əbədiləşdiriləcək

Beyrutda “daş dövrü” paytaxtda iğtişaşlar başlayıb - VİDEO

0
(Yenilənib 18:39 08.08.2020)
Vaxtaşırı polislər kütlənin və atılan daşların təzyiqi altında geri çəkilirlər. İğtişaş bölgəsinə güc strukturlarının əlavə qüvvələri göndərilir

BAKI, 8 avqust — Sputnik. Livanın paytaxtı Beyrutun mərkəzində, parlament binasının qarşısında etiraz edən insanlarla polis arasında toqquşma olub, tərəflər bir-birinə qarşı gözyaşardıcı qaz və daşlardan istifadə edirlər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, yerli vaxtla 16:00-da hökumət əleyhinə mitinq başlayıb və dərhal da iğtişaşa çevrilib.

RİA Novosti-nin müxbirinin bildirdiyinə görə, polis insan kütləsini parlamentdən uzaqlaşdırmaq üçün gözyaşardıcı qazdan istifadə edir. Mitinq edənlər isə cavabında polisə daş yağdırırlar.

​Vaxtaşırı polislər kütlənin və atılan daşların təzyiqi altında geri çəkilirlər. İğtişaş bölgəsinə güc strukturlarının əlavə qüvvələri göndərilir.

Qeyd edək ki, bir neçə gün əvvəl, avqustun 4-də Livan paytaxtı güclü partlayışdan sarsılmışdı. Liman ərazisindəki anbarlarda saxlanan 2,7 ton ammonium nitrat partlayaraq 158 nəfərin ölümünə, 5 mindən artıq insanın xəsarət almasına səbəb olmuşdu.

0
Əlaqədar
Makron təcili Beyruta gedir - Niyəsi bilinmir
Qafqazdan Afrikaya – Beyrutdakı partlayışın detalları
Ərəblərə nəsə olub! İndi də BƏƏ-də böyük yanğın başlayıb - VİDEO
Beyrutda baş verən partlayışda ölən və yaralıların sayı artdı
Türkiyədən Livana böyük dəstək