Azərbaycan Respublikasının prezidenti İlham Əliyev

Prezident əhalinin narazılığına səbəb olan yüksək çinli məmuru işdən çıxardı

9393
(Yenilənib 16:42 04.09.2018)
Baba Rzayev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib

BAKI, 4 sentyabr — Sputnik. Prezident İlham Əliyev Etibar Pirverdiyevin “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Etibar Pirverdiyev
Etibar Pirverdiyev

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla Etibar Sinabəddin oğlu Pirverdiyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.

Baba Rzayev
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
Baba Rzayev

Prezident eyni zamanda Baba Rzayevin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Baba Hüseynağa oğlu Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.

9393
Teqlər:
Baba Rzayev, Etibar Pirverdiyev, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti, prezident İlham Əliyev