Rita Ömərova

Tanınmış jurnalist şirkətdə işə düzəldi

153
(Yenilənib 18:22 04.09.2018)
O, şirkətin mətbuat xidmətində mütəxəssis vəzifəsinə təyin edilib

BAKI, 4 sentyabr — Sputnik. "Nar Mobile" ticarət nişanının sahibi olan "Azərfon" MMC-də yeni təyinat olub.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, Rita Ömərova şirkətin mətbuat xidmətində mütəxəssis vəzifəsinə təyin edilib.

Xatırladaq ki, R.Ömərova bundan əvvəl ANS TV-də və digər media qurumlarında müxtəlif vəzifələrdə çalışıb, PR və reklam fəaliyyəti ilə məşğul olub.

153
Teqlər:
"Azərfon" MMC, Rita Ömərova, ANS TV, mətbuat xidməti