CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir neçə nəfər həbs edildi - RƏSMİ

© Sputnik / Anar MustafaevBaş Prokurorluq
Baş Prokurorluq - Sputnik Azərbaycan
Abunə olmaq
O, bununla əlaqədar təcrübəli kadrlara ehtiyacı olduğunu bildirib

BAKI, 3 sentyabr — Sputnik. "Evrokord 2" Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluqdan məlumt verilib. Bildirlib ki, aparılan istintaq zamanı cəmiyyətin direktoru Nəsimi Güləliyevin öz qulluq mövqeyindən istifadə etməklə tanışları Mübariz Heydərov və Rafik Əhmədovla qabaqcadan əlbir olaraq, guya Xudat şəhərindən Qusar rayonunda yerləşən "Şahdağ" və Qəbələ rayonunda yerləşən "Tufandağ" turizm mərkəzlərinə yeni dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihənin icrasının rəhbəri olduğu təşkilata həvalə edilməsi barədə ayrı-ayrı vətəndaşlara yalan məlumatlar verib. O, bununla əlaqədar təcrübəli kadrlara ehtiyacı olduğunu bildirib. İşə qəbulla bağlı cəmiyyətin maddi-texniki bazasının formalaşdırılmasına dəstək adı altında onlardan müxtəlif məbləğlərdə pulları dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq zamanı N.Güləliyevin dövlət orqanlarında rəhbər vəzifədə işləyən tanışları olduğunu yalandan bildirərək məcburi köçkünlər üçün tikilən çoxmərtəbəli yaşayış binalarından mənzil verilməsi, dövlət orqanlarına rüşvət müqabilində işə qəbul etdirmək imkanına malik olduğunu yalandan vəd verib 37 min manat pulu aldatma yolu ilə ələ keçirməsinə, habelə başqalarını rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Cenifer Lourens - Sputnik Azərbaycan
Məşhurların intim şəkillərini oğurlayana 10 ay həbs verildi

Cinayət işi üzrə N.Güləliyev Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.3 (dələduzluq öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə), M.Heydərov və R.Əhmədov isə həmin Məcəllənin 178.2.1, 178.2.4 və 32.5, 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəyə köməklik göstərmə) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin əməllərinin dairəsinin müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu qeyd edilən qanunazidd hallarla üzləşən ölkə vətəndaşlarına müraciət edərək, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə və ya 361-11-76, 361-11-48 nömrəli telefonlara məlumat vermələrini xahiş edir.

Xəbər lenti
0