Səkiləri zəbt etmiş avtomobillər

Bakıda həlli mümkünsüz görünən problem: Öz başımıza çarə qılmalıyıq

10322
(Yenilənib 13:37 03.09.2018)
“Bu problemlərin köklü surətdə həll edilməsi üçün Bakını söküb, yenidən tikmək lazımdır”

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 3 sentyabr — Sputnik. Şəhərin mərkəzi küçələrində piyadaların gediş-gəlişi üçün nəzərdə tutulmuş səkilər yox vəziyyətindədir. Səkilərin bəziləri çox ensizdir, bəziləri isə işıq və ya yol nişanlarının dirəkləri ilə zəbt edilib. Enli piyada səkilərini isə çox zaman ya sürücülər, ya da kafe-restoran sahibləri tərəfindən maşın dayanacağı kimi istifadə edilir.

Belə olan şəraitdə piyada necə etməlidir ki, qəza şəraiti yaratmadan yolu keçə bilsin? Sputnik Azərbaycan bu suala cavab tapmağa çalışıb.

"Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri, yol-nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, şəhərin mərkəzi küçələrində yaşanan bu problem Şəhərsalma və Tikinti Məcəlləsinin kobud şəkildə pozulması deməkdir.

"Sovet dövründə və müstəqilliyin ilk illərində Bakıda sistemsiz quraşdırılma işləri aparılıb. Bu yaxınlarda mətbuatda oxudum ki, ermənilər deyir, “biz Bakı üçün elə problemlər qoyub getmişik ki, bunu heç cür həll etmək mümkün deyil”. Kanalizasiya lyukları, rabitə və s. xətlər düz yolun ortası ilə çəkilib, nə qədər tarazlamağa çalışırlar, ancaq yenə də tam həlli mümkün deyil. O xətlərin istiqaməti tamamilə dəyişdirilməlidir", — Muradlı bildirib.

Ekspert qeyd edib ki, bu problemlərin köklü surətdə həll edilməsi üçün Bakını söküb yenidən tikmək lazımdır, bu isə böyük vəsait tələb edir: "Bu kimi məsələlərdə nə sürücüləri, nə də piyadaları qınamaq olmaz. Çünki bu, onların iradəsinə bağlı məsələ deyil. Həmin ərazidə hər hansı bir hadisə baş versə, kim cavab verəcək? Heç kim. Aidiyyatı qurumlar bu məsələni gündəmdə saxlamalıdır" — deyə E.Muradlı vurğulayıb.

Nəqliyyat eksperti Azər Allahverənov Bakıda piyada səkilərinin sahibkarlar, ticarət obyektləri və restoran sahibləri, həmçinin tikinti şirkətləri tərəfindən zəbt edildiyini bildirib: “Səkilər o qədər zəbt edilir ki, piyadanın hərəkəti üçün yer qalmır. Belə olan şəraitdə piyada məcbur qalır ki, avtomobil yolu ilə hərəkət etsin”.

A.Allahverənovun fikrincə, buna görə də, Bakı Nəqliyyat Agentliyi, Dövlət Yol Polisi və s. qurumlar mütəmadi olaraq monitorinqlər aparmalıdır: "Səkilərin zəbt edilməsi halları aşkar edilməli və aradan qaldırılmalıdır ki, piyadalar rahatlıqla hərəkət edə bilsinlər. Piyadalar belə hallarla qarşılaşdıqları zaman alternativ yollar seçməlidirlər. Xoşagəlməz halların aradan qaldırılması üçün insanlar öz sağlamlığını və təhlükəsizliyini özləri düşünməlidirlər".

Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, Bakının mərkəzi küçələrində belə hallarla daha çox rastlaşmaq paytaxtın qədim arxitekturasından irəli gəlir. Ancaq həmin ərazilərdəki evlər sökülərək yeni yollar salındığı üçün bu problem də zamanla aradan qalxacaq.

F.Həmidli problemin tamamilə aradan qalxacağına qədər piyadaları diqqətli olmağa çağırıb: "Hər bir halda piyadalar diqqətli olmalıdırlar. Piyada səki, piyada zolağı və yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidir".

"Ancaq iri əşyalar daşıyan və ya aparan piyadaların, habelə mühərriksiz əlil arabalarında gedən şəxslərin səki və ya yol qırağı ilə hərəkəti başqa piyadalar üçün maneə yaratdıqda, onlar yolun hərəkət hissəsinin kənarı ilə gedə bilərlər” — Həmidli vurğulayıb.

Hüquqşünas onu da əlavə edib ki, İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsi ilə piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, piyada svetoforunun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə, yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görə — iyirmi manat məbləğində cərimə edilir.

10322
Teqlər:
səki, piyada, obyekt, ekspert, Bakı, sürücü
Əlaqədar
Piyadalara xoş xəbər gəldi
Səkidə dayanan piyadanı vurub öldürən sürücü həbs edilib
Tramvay piyadanı belə vurdu - VİDEO
Piyadalar yolda qəza şəraiti yaratdılar
Piyadanı vurub qaçmaq istədi, amma tutuldu
İtaliyada epdimioloji vəziyyət

İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq

12
İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

BAKI, 25 oktyabr - Sputnik. İtaliyada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 26-dan məhdudiyyətlər artırılır.

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla məlumat verir ki, bu gün İtaliya Baş Nazirinin Mətbuat xidməti tərəfindən açıqlanan yeni qaydalara uyğun olaraq bütün kinoteatr, teatr, idman zalları və hovuzlar bağlanacaq.

Restoran və barlar işə davam edəcək, lakin vaxt məhdudiyyəti ilə - axşam saat 6-dək.

Qeyd edək ki, İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

12
Koronavirus testi, arxiv şəkli

Ölkədə daha 946 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb

33
Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

BAKI, 25 oktyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölkədə son sutka ərzində 10037, hazırkı dövrədək isə 1291534 test aparılıb.

33

İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrin başçılarına məktublar ünvanlayıb

0
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb.

BAKI, 25 oktyabr - Sputnik. Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövlət və hökumət başçılarına məktublar ünvanlanıb.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Məktublarda BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə sözügedən ölkələrə təşəkkür ifadə olunub.

Məktublarda qeyd edilib ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.

Daha sonra məktublarda bildirilir ki, həmin ölkələrin davamlı dəstəyi münaqişənin beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə töhfə verəcək.

Sonda isə ikitərəfli münasibətlərimizin, eləcə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə