Mənzilin üzərində açar, arxiv şəkli

Bakıda evlərin qiyməti bahalaşmağa başlayıb

322
(Yenilənib 20:03 02.09.2018)
Ötən ilin iyul ayı ilə müqayisədə daşınmaz əmlak bazarında qiymətlər 1,7 faiz artıb

BAKI, 2 sentyabr — Sputnik. 2018-ci ilin iyul ayında Bakıda daşınmaz əmlak bazarında qiymətlər iyun ayı ilə müqayisədə 2,06 faiz artıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Trend"ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
Ekspertin sözlərinə görə, ötən ay ərzində bahalaşma ticarət obyektləri bazarı istisna olmaqla bütün seqmentlərə təsir edib:
"Belə ki, bir ay ərzində ilkin mənzil bazarında qiymətlər 0,28 faiz, təkrar mənzil bazarında 0,1 faiz, torpaq bazarında 3,71 faiz, fərdi evlər və bağ evləri bazarında 2,64 faiz artıb. Mənzil kirayəsi 3,98 faiz, kommersiya obyektlərinin icarəsi 1,32 faiz bahalaşıb. Kommersiya obyektləri bazarında isə qiymətlər iyun ayında 0,26 faiz azalıb".
N.İbrahimov qeyd edib ki, iyul ayında qiymətlərin artması bazar üçün iyun ayındakı azalmadan sonra adi bərpa halıdır.
Ekspert əlavə edib ki, ötən ilin iyul ayı ilə müqayisədə daşınmaz əmlak bazarında qiymətlər 1,7 faiz artıb. Onun sözlərinə görə, bu, ticarət obyektlərinin icarəsi və torpaq bazarında bahalaşma ilə əlaqədardır: "Ötən ilin iyul ayı ilə müqayisədə təkrar mənzil bazarında qiymətlər 5,44 faiz, torpaq bazarında 12,1 faiz, kommersiya obyektlərinin icarəsi bazarında 14,51 faiz artıb. Eyni zamanda, ilkin mənzil bazarında qiymətlər 1,55 faiz, kommersiya obyektləri bazarında qiymətlər 8,98 faiz, mənzil kirayəsi bazarında 3,56 faiz, fərdi və bağ evləri bazarında 5,22 faiz ucuzlaşıb".

322
Teqlər:
Nüsrət İbrahimov, "MBA Group", artım, qiymət, bazar, daşınmaz əmlak
İnsan qanı dolu paketlər, arxiv şəkli

Xərçəng xəstələrinə ümid işığı: Yeni test sağ qalma şansını artıracaq

7
(Yenilənib 23:32 27.11.2020)
"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

BAKI, 28 noyabr — Sputnik. İngiltərənin Milli Səhiyyə Xidməti qandan 50 növ xərçəngin erkən əlamətlərini aşkar edən bir testi yoxlayacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Qan Analizi Qalereyası" 165.000 xəstə üzərində test ediləcək. Əvvəlki tədqiqatlar diaqnozu çətin olan bir çox xərçəng növünü -  boyun, yumurtalıq və beyin xərçənglərini müəyyən edə bildiyini göstərmişdi.

Yeni testin effektiv olduğu sübut edilərsə, erkən mərhələlərdə xərçəng diaqnozu üçün geniş istifadə ediləcək. Bu, dördüncü mərhələdə xəstəliyin aşkarlanması halları ilə müqayisədə xəstələrin sağ qalma sürətini beş-on qat artıracaq.

"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

Milli Səhiyyə Xidməti sınaqların 2023-cü ilə qədər bitməsini planlaşdırır. Bu, 2024-2025-ci illərdə yeni qan testinin geniş yayılmasına imkan verəcək.

7
Teqlər:
İngiltərə, ABŞ, qan, test, xərçəng xəstəliyi
Netflix şirkətinin binası, arxiv şəkli

"Oskar" mükafatında yeni rekordçu ola bilər

5
(Yenilənib 23:25 27.11.2020)
Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanır

BAKI, 28 noyabr — Sputnik. "Netflix" 2021-ci ildə "Oskar" mükafatının təqdimetmə mərasimində "Ən Yaxşı Film" nominasiyaları üzrə yeni rekordçu ola bilər.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, "Netflix"in namizədləri arasında Aaron Sorkinin "The Trial of the Chicago 7" və Devid Finçerin "Mank", Nikol Kidmanın iştirakı ilə "Ma Rainey"s Black Bottom", Meril Stripin oynadığı "The Prom", Spayk Linin "Da 5 Bloods" filmləri və Corc Kluninin genişmiqyaslı "The Midnight Sky" layihəsi yer alıb.

Bundan əlavə, Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanıb.

Nəşrin yazdığına görə, əvvəlki rekord MGM ("Metro-Goldwyn-Mayer") kino şirkətinə məxsus olub.

5
Teqlər:
film, rekord, Netflix şirkəti, Oskar mükafatı

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb - VİDEO

8
(Yenilənib 09:35 28.11.2020)
Azərbaycanın Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 25-də erməni işğalından azad edilib.

BAKI, 28 noyabr - Sputnik. İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Həmin möhtəşəm kadrları təqdim edirik.

8
Teqlər:
Azərbaycan bayrağı, Müdafiə Nazirliyi, Üçtərəfli bəyanat, Kəlbəcərin azad olunması