Gəncə şəhəri

Gəncədə vəzifəli şəxs işdən çıxarıldı

588
(Yenilənib 12:51 02.09.2018)
Rüstəmli Əli Xasay oğlu həmin vəzifəyə təyin olunub

BAKI, 2 sentyabr — Sputnik. Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Məharət Mustafayev tutduğu vəzifəsindən azad edilib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, müvafiq qərarla Rüstəmli Əli Xasay oğlu həmin vəzifəyə təyin olunub.

Ə.Rustəmli bundan əvvəl də sözügedən vəzifədə çalışıb.

588
Teqlər:
vəzifədən azad edilmə, Memarlıq və tikinti şöbəsi, Gəncə
Bakı bulvarı, arxiv şəkli

Hava ilə pandemiya əl-ələ verib: camaatı evə qovurlar

1
(Yenilənib 15:10 04.06.2020)
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, iyunun 5-6-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər

BAKI, 4 iyun — Sputnik. İyunun 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 25-29, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

5 iyunda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, iyunun 5-6-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

1
Teqlər:
hava proqnozu
Bakıda avtobus, arxiv şəkli

İctimai nəqliyyat iki gün işləməyəcək, şəxsi avtomobillərə qadağa qoyuldu

26
(Yenilənib 15:22 04.06.2020)
Sabah Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib

BAKI, 4 iyun — Sputnik. 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilir.

Qərara əsasən, sabah Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib.

 

26
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Azərbaycanda yenidən sərt karantin rejimi tətbiq olunacaq: saatı açıqlandı
Yeni şərtlər: Daha zibil torbaları da köməyə gəlməyəcək...
Sərt karantin rejiminin QAYDALARI: kim pozsa, həbsi gözə alsın
Abituriyentlərin və şagirdlərin nəzərinə: imtahanların vaxtı dəyişdi
Bu şəxslər sabah 14:00-dək işləyəcəklər