CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ən təhlükəli xərçəng növünün dərmanı tapılıb

© AP Photo / Andrew HarnikДиагностика рака молочной железы, фото из архива
Диагностика рака молочной железы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Süd vəzisi xərçəngi qadınlarda bədxassəli şişlərin ən təhlükəli növü sayılır və ildə bu xəstəlikdən 521 min insan həyatını itirir

BAKI, 2 sentyabr — Sputnik. Honq Konqun Baptist Universitetinin alimləri dünyada ən çox rast gəlinən süd vəzisi xərçənginin müalicəsində rodium metalından istifadə edilə biləcəyini təsbit ediblər.

Sputnik Azərbaycan-ın Rusiya mətbuatına istinadən məlumatına görə, qeyd olunur ki, rodium metalı bu xəstəliyə qarşı müalicədə istifadə olunsa, müsbət nəticələr əldə etmək olar. Belə ki, rodium tərkibli dərman qəbul edildikdə insan bədənində şişə qarşı mübarizə apararaq xəstəliyin ilkin inkişaf prosesinin qarşısını alır.

Süd vəzisi xərçəngi qadınlarda bədxassəli şişlərin ən təhlükəli növü sayılır və ildə bu xəstəlikdən 521 min insan həyatını itirir. Bu xəstəliyin üç növü məlumdur: ER-müsbət, HER2-müsbət və üç dəfə mənfi xərçəng. Sonuncuya xərçəng xəstələrinin 15 faizində rast gəlinir. 

Araşdırmaçılar müəyyən ediblər ki, rodiumun birləşdirilməsi 5A demelitazının aktivləşməsini dayandırır. Bu ferment xərçəng şişlərinin hüceyrələrinin sintezində yaxından iştirak edir.

Xəbər lenti
0