Bəxtiyar Vahabzadənin Şəki şəhərindəki ev muzeyinin açılışı

Dahi şairin ev muzeyinin açılışı olub FOTOLAR

90
(Yenilənib 14:05 01.09.2018)
Eyni zamanda, dövlət başçısının tapşırığına əsasən, 3 saylı körpələr evi – uşaq bağçası üçün tikilən 40 yerlik binanın açılış mərasimi də keçirilib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 sentyabr— Sputnik. Azərbaycan və türk dünyası ədəbiyyatında özünəməxsus yeri, dəst-xətti olan xalq şairi, ədəbiyyatşünas alim, ictimai xadim Bəxtiyar Vahabzadənin Şəki şəhərində ev muzeyinin açılışı olub.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, şairin ev muzeyi Azərbaycan Prezidenti İlham Əliyevin “Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında” 2015-ci il 27 oktyabr tarixli Sərəncamına əsasən yaradılıb. Şəki şəhəri Ə.Haqverdiyev küçəsi, 73 ünvanında yerləşən muzeydə 2017-2018-ci illərdə təmir, bərpa və bədii tərtibat işləri aparılıb.

  • Bəxtiyar Vahabzadənin Şəki şəhərindəki ev muzeyinin açılışı
    Bəxtiyar Vahabzadənin Şəki şəhərindəki ev muzeyinin açılışı
    © Sputnik / Shahperi Abbasova

    Mədəniyyət naziri Ə.Qarayevin çıxışı
    © Sputnik / Shahperi Abbasova
  • Bəxtiyar Vahabzadənin Şəki şəhərindəki ev muzeyinin açılışı
    BDU-nun rektoru AşMəhərrəmovum çıxışı
    © Sputnik / Shahperi Abbasova
  • Bəxtiyar Vahabzadənin Şəki şəhərindəki ev muzeyinin açılışı
    Bəxtiyar Vahabzadənin Şəki şəhərindəki ev muzeyinin açılışı
    © Sputnik / Shahperi Abbasova
  • Bəxtiyar Vahabzadənin Şəki şəhərindəki ev muzeyinin açılışı
    Bəxtiyar Vahabzadə ev muzeyindəki iş otağı
    © Sputnik / Shahperi Abbasova
  • Bəxtiyar Vahabzadənin Şəki şəhərindəki ev muzeyinin açılışı
    Şairin sonuncu siqareti
    © Sputnik / Shahperi Abbasova
  • Bəxtiyar Vahabzadənin Şəki şəhərindəki ev muzeyinin açılışı
    Bəxtiyar Vahabzadə Türkiyə Milliyətçi Hərəkat Partiyasının qururcusu Alparslan Türkeşlə
    © Sputnik / Shahperi Abbasova
  • Bəxtiyar Vahabzadənin Şəki şəhərindəki ev muzeyinin açılışı
    Süleyman Dəmirəllə görüş
    © Sputnik / Shahperi Abbasova
  • Bəxtiyar Vahabzadənin Şəki şəhərindəki ev muzeyinin açılışı
    Orden və medallar
    © Sputnik / Shahperi Abbasova
1 / 11
© Sputnik / Shahperi Abbasova
Bəxtiyar Vahabzadənin Şəki şəhərindəki ev muzeyinin açılışı

Mədəniyyət Nazirliyi rəsmilərinin, şəhər rəhbərliyinin, tanınmış ziyalıların, şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi açılış mərasimində qüdrətli söz ustası Bəxtiyar Vahabzadənin müasir Azərbaycan poeziyasının inkişafındakı xidmətlərindən danışılıb, şairin yaradıcılığının müxtəlif məqamlarına toxunulub.

Eyni zamanda, dövlət başçısının tapşırığına əsasən, 3 saylı körpələr evi – uşaq bağçası üçün tikilən 40 yerlik binanın açılış mərasimi də keçirilib.

Qeyd edək ki, uşaq bağçası əvvəllər Bəxtiyar Vahabzadənin ata yurdunda fəaliyyət göstərib. Xalq şairi ata yurdunu bağçaya bağışlayıb. Dövlət başçısının tapşırığına əsasən, şairin ata yurdunda ev muzeyinin yaradılması ilə əlaqədar, bağça üçün geniş yer ayrılıb və Mədəniyyət Nazirliyi tərəfindən orada müasir standartlara uyğun ikimərtəbəli yeni bina tikilib.

90
Teqlər:
Bəxtiyar Vahabzadə, Şəki şəhəri, uşaq bağçası, açılış, ev muzeyi, Azərbaycan prezidenti İlham Əliyev