Şəxsiyyət vəsiqəsi, arxiv şəkli

Yeni şəxsiyyət vəsiqələri necə verilir: Qaranlıq məqamlara aydınlıq gətirildi

17138
(Yenilənib 11:44 01.09.2018)
Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitibsə, vəsiqə korlanıbsa, ad-soyad, ata adı dəyişdirildikdə, sənəd itirildikdə, yalnız bu zaman yeni nəsil şəxsiyyət vəsiqələrinin alınması zəruridir

BAKI, 1 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı vətəndaşlar arasında yaranan suallara aydınlıq gətirib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, o bildirib ki, hazırda vətəndaşlar etibarlılıq müddəti bitməmiş və qüvvədən düşməmiş şəxsiyyət vəsiqələrindən istifadə etməyə davam edə bilərlər və bu vəsiqələrin dəyişdirilməsi zəruri deyil.

E.Niftəliyev qeyd edib ki, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitibsə, vəsiqə korlanıbsa, ad-soyad, ata adı dəyişdirildikdə, sənəd itirildikdə, yalnız bu zaman yeni nəsil şəxsiyyət vəsiqələrinin alınması zəruridir.

Onun sözlərinə görə, hazırda sənədlərin qəbulu Bakı şəhərinin bütün ASAN xidmətmərkəzlərində və Sumqayıt regional "ASAN xidmət" mərkəzlərində həyata keçirilir. Növbəti günlərdə regional "ASAN xidmət"mərkəzlərində də yeni nümunəli şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün sənəd qəbuluna başlanılacaq.

O qeyd edib ki, 15 yaşı tamam olmuş vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün müəyyən olunmuş dövlət rüsumunun məbləğində hər hansı dəyişiklik yoxdur: “Belə ki, vəsiqənin 10 gün müddətində verilməsi üçün 5 manat, 3 iş günü müddətində verilməsi üçün 25 manat, 1 iş günü müddətində verilməsi üçün isə 35 manat təşkil edir. 15 yaşı tamam olmamış vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı rüsumlar tətbiq olunub. 10 gün müddətində 4 manat, 3 iş günü müddətində 20 manat, 1 iş günü müddətində isə 25 manat dövlət rüsumu müəyyən edilib”.

17138
Teqlər:
qaydalar, Elnur Niftəliyev, "ASAN xidmət", şəxsiyyət vəsiqəsi
Əlaqədar
Prezident İlham Əliyevə yeni şəxsiyyət vəsiqəsi təqdim olunub
Ekspert yeni şəxsiyyət vəsiqələrinin maraqlı xüsusiyyətlərini açıqladı
Gələn həftədən vətəndaşlara yeni şəxsiyyət vəsiqələri veriləcək
Qaz kəmərində partlayış, arxiv şəkli

Partlayış baş verən qaz kəməri ilə bağlı SOCAR-dan açıqlama gəldi

83
"Hələlik dəqiq bilmirik ki, partlayış olan hansı kəmərdir. Amma ehtimal olunur ki, bu, Qazalmaz qaz anbarına birləşən boru kəməridir".

BAKI, 7 avqust — Sputnik. Xəbər verdiyimiz kimi, Hacıqabul rayonunda çöllük ərazidə qaz xəttində yanğın baş verib.

SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov "Qafqazinfo"ya açıqlamasında qaz boru kəmərində baş verən partlayışı təsdiqləyib:

"Hacıqabulda bizim qaz daşımaları üçün magistral qaz boru kəmərləri çoxdur. Hələlik dəqiq bilmirik ki, partlayış olan hansı kəmərdir. Amma ehtimal olunur ki, bu, Qazalmaz qaz anbarına birləşən boru kəməridir. Qaz-İxrac İdarəsinin rəhbərliyi hazırda hadisə yerinə gedib və dəqiqləşdirmə aparılır. Partlayış yaşayış sahəsindən kənarda baş verib. Buna görə xəsarət alan da yoxdur. Boru kəməri bağlanıb və ona qaz verilmir. Boruda qaz qurtaranda yanğın da sönəcək".

İ. Əhmədov deyib ki, partlayışa görə həmin ərazidə qaz təchizatında müvəqqəti fasilə yarana bilər.

83
Fövqəladə Hallar Nazirliyi

Fövqəladə Hallar Nazirliyi Hacıqabuldakı yanğınla bağlı məlumat yaydı

44
İlkin məlumata əsasən, Hacıqabul rayonunda çöllük ərazidə qaz xəttində yanğın olması barədə məlumat daxil olub.

BAKI, 7 avqust - Sputnik. Fövqəladə Hallar Nazirliyi Hacıqabulda baş verən yanğınla bağlı məlumat yayıb. 

Bununla bağlı Nazirliyin rəsmi saytında məlumat dərc edilib:

“İlkin məlumata əsasən, Hacıqabul rayonunda çöllük ərazidə qaz xəttində yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək”.

44