Vaxtanq Kikabidze

Sovet dövrünün daha bir əfsanəsi xəstəxanaya düşdü

79
(Yenilənib 20:14 31.08.2018)
Məşhur aktyor xəstəxanaya yerləşdirildi

BAKI, 31 avqust — Sputnik. Gürcü əsilli məşhur sovet aktyoru və müğənnisi Vaxtanq Kikabidze xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, məşhur aktyor dializdən keçirilməlidir.

Aktyor açıqlamasında deyib ki, artıq 6 ildir ki, günaşırı xəstəxanaya dializ olunmağa gedir. Kikabidze eyni zamanda bildirib ki, 30 avqustda baş tutan İosif Kobzonun dəfn mərasiminə çağırılmayıb.

79