Arx

İnsanlarla heyvanların eyni yerdən su içdikləri rayon: Onların bircə ümidi qalıb...

12497
(Yenilənib 14:45 31.08.2018)
Sakinlər bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, nəticə yoxdur

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 31 avqust — Sputnik. Oğuzun Xaçmaz kəndinin sakinləri artıq 2 ilə yaxındır ki, su problemi yaşayırlar. Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan kənd sakinləri iddia edirlər ki, hər il yay aylarında eyni problemlə üzləşirlər.

Kənd sakini Dağlar Mehdiyev deyir ki, neçə ildir Xaçmaza su çəkilib, amma camaat susuzluqdan qırılır: "Bir çox evlərə, ümumiyyətlə su gəlmir, bəzi evlərə isə su əvəzinə lil gəlir. İnsanlar su ehtiyaclarını təmin etmək üçün dağ ətəyindəki bulaqdan və ya qonşu kəndlərdən içməli su gətirmək məcburiyyətində qalırlar. Dəfələrlə müraciət etmişik, hər dəfə boş vədlər verirlər, ancaq problem həllini tapmır".

Kəndin ağbirçək sakini Məlahət Cəbrayılova arx suyundan istifadə etməyə məcbur qaldığını bildirir: "62 yaşım var, su gətirə bilmirəm. Gəlinlər də körpə uşaqlıdır. Arxdan zibilli suyu yığıb gətiririk. Nə çay içə bilirik, nə xörək bişirə bilirik".

Qeyd edək ki, kəndə gələn su hövzəsindən həm kənd sakinləri, həm də mənbəyi açıq olduğu üçün heyvanlar istifadə edir. Nəticədə yaranmış antisanitar şərait sakinləri narahat edir. Su hövzələrinin və boruların əsaslı təmirə ehtiyacı var. Sakinlər bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, nəticəsiz qalıb.

Bu il havaların quraqlıq keçməsi problemi daha da genişləndirib. Artıq nə həmin çirkli su hövzələrində su var, nə də çaylarda. Sakinlərinin dediklərinə görə, əlacları ancaq Allaha qalıb. "Nə qədər müraciət eləmək olar, nə qədər eyni problemi səsləndirmək olar" – deyə insanlar dad edirlər.

"Kənd yeridir, susuz həyat düşünmək olmur. Nə zaman müraciət etsək, deyirlər ki, "yuxarılara məlumat verilib, bu yaxınlarda problem həllini tapacaq". Bu sözü artıq 3 ilə yaxındır ki, eşidirik" – deyir kənd sakini Elnur Əşrəfoğlu.

Bildirir ki, bu il susuzluqdan nə əkin qalıb, nə də bostan: "Göz görə-görə min bir əziyyətlə becərdiyimiz bostan da qurudu. Hansi ki, o bostan bu il üçün bizim ailənin azuqəsi idi".

Xaçmaz kəndində yardıma ehtiyacı olan bir neçə ahıl ailə var ki, onlar, ümumiyyətlə, çarəsiz və çıxılmaz vəziyyətdə qalıblar. Aidiyyatı qurumlara son müraciətlərində onlara axırıncı dəfə söz veriblər ki, məsələ tezliklə həllini tapacaq. Ancaq vəziyyət dəyişməyib, köhnə hamamdır, köhnə tas.

Sakinlər onu da iddia edirlər ki, kənddə su probleminin yaranmasının bir səbəbi də su xəttinə kənar müdaxilələrin olmasıdır. Onların sözlərinə görə, meşəlik ərazidə fəaliyyət göstərən kafe və restoranlara həmin xətdən qeyri-qanuni yolla su aparılır. Bundan başqa, ərazidəki çaylarda bənd vurulmaması və çay məcralarının təmizlənməməsi də hər dəfə sel gəldikdə xətlərin dağılması ilə nəticələnir.

Sputnik Azərbaycan-ın müxbiri məsələ ilə bağlı ətraflı məlumat almaq üçün Oğuz Su Kanal İdarəsinə müraciət edib. İdarənin rəisi Akif Hümmətli məsələ ilə bağlı tam məlumatlı olduğunu bildirib. Qeyd edib ki, bir neçə ildir mövcud olan bu problemi aradan qaldırmağa çalışsalar da, hər dəfəsində nəticə uğursuz olub.

"Artıq bu barədə baş idarənin də məlumatı var və yaxın vaxtlarda Xaçmaz kəndinin dağlıq massivində, Çibinlik adlanan ərazisindən ümumi uzunluğu 2500 m məsafədən 280 mm diametrində yeni su xətti çəkiləcək. Bununla da problem aradan qaldırılacaq" — deyə A.Hümmətli bildirib.

A.Hümmətli əlavə edib ki, bütün su xətləri lillə doludur və suyun götürüldüyü mənbə dəfələrlə sel gəldiyi üçün yararsız vəziyyətdədir: "Hazırda müvəqqəti su təminatı üçün ərazidə iş gedir. Və problem tezliklə öz həllini tapacaq".

12497
Teqlər:
Xaçmaz kəndi, Oğuz rayonu, su, problem, sakin, çay, heyvan, insan
Əlaqədar
Paytaxtda onlarla su nasosunu oğurlayan şəxs ələ keçib
Tətil cənnəti su altında qaldı — VİDEO
Qonşuda problemlər başladı, su və elektrik ixracı dayandırıldı
Əhali su probleminə görə küçəyə axışdı - VİDEO
Rusiya millisinin hücumçusu Artyom Dzyuba (ön planda) və Belçika millisinin müdafiəçisi Tobi Alderveyreld

Rusiya millisinin futbolçuları AVRO-2020-nin startında Belçikaya uduzdular

5
(Yenilənib 01:10 13.06.2021)
Romelu Lukakunun dublu və Tom Menyenin qolu sayəsində belçikalılar AVRO-2020-də ilk oyunu qazanaraq B qrupunun lideri oldular.

Rusiya millisinin futbolçuları Avropa çempionatının qrup mərhələsindəki start oyununda Belçika komandasına uduzublar.

Sankt-Peterburqda keçirilən B qrupunun oyunu belçikalıların 3:0-lıq qələbəsi ilə yekunlaşıb.

Romelu Lukaku dubl edib (10-cu və 88-ci dəqiqələr), bir qol da Tom Menye (34-cü dəqiqədə) vurub. 

Rusiya turnirdəki növbəti matçını Sankt-Peterburqda iyunun 16-da Finlandiyaya qarşı keçirəcək. Belçikalılar bir gün sonra Kopenhagendə Danimarka millisi ilə oynayacaqlar.

 

5
Danimarka yığmasının yarımmüdafiəçisi Kristian Erikssen və Finlandiya millisinin havbeki Qlen Kamara AVRO-2020 matçında

Kristian Erikssen AVRO-2020-də Finlandiya ilə Danimarka oyununun ən yaxşısı seçildi

146
(Yenilənib 00:28 13.06.2021)
Avropa çempionatının təşkilat komitəsi oyun zamanı huşunu itirən futbolçunu dəstəkləmək qərarına gəlib.

Danimarkalı yarımmüdafiəçi Kristian Erikssen futbol üzrə Avropa çempionatının Finlandiya ilə Danimarka arasında keçirilən oyununun ən yaxşı futbolçusu seçilib. Bu barədə UEFA-nın saytında bildirilir.

Rusiya millisinin B qrupundakı rəqiblərinin oyunu şənbə günü Kopenhagendə başlayıb və 1:0 hesabı ilə finlərin xeyrinə başa çatlb.

Birinci taymın lap sonunda danimarkalıların yarımmüdafiəçisi Kristian Erikssen meydançada huşunu itirib. Bir neçə dəqiqə ərzində həkimlər ona ilkin yardım göstərib, ürəyini bilvasitə masaj ediblər. Sonra 29 yaşlı futbolçunu pərdəli xərəkdə tribunaların altındakı otağa aparıblar. Komandalar da onun ardınca gediblər.

Bir qədər sonra UEFA bəyan edib ki, oyunçu klinikadadır, özünə gəlib, vəziyyəti sabitdir. Matç təxminən iki saat sonra, Bakı vaxtı ilə 22:30-da davam etdirilib.

146