İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev 3 rayonu birləşdirən yolla bağlı sərəncam verdi

229
(Yenilənib 18:05 29.08.2018)
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 4,6 milyon manat ayrılıb

BAKI, 29 avqust — Sputnik. Prezident İlham Əliyev Zərdab rayonunun Ucar–Zərdab–Ağcabədi (21 km)–Birinci Alıcanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, iki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Ucar–Zərdab–Ağcabədi (21 km)–Birinci Alıcanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

229
Teqlər:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, yol, Zərdab rayonu, prezident İlham Əliyev