Padar kəndi ərazisində məişət tullantıları

Rayon camaatı zibilə düşüb: evə girə bilirlər, çölə çıxa

14967
(Yenilənib 20:17 28.08.2018)
ETSN: Hazırda əməkdaşlarımız ərazidə fəaliyyət göstərən şadlıq sarayları və restoranlarda monitorinq aparırlar

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 28 avqust — Sputnik. Oğuz rayon sakinləri zibillik problemindən, məişət tullantılarının yığılıb qalmasından şikayətçidirlər. Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan sakinlərin sözlərinə görə, bu problemin yaranmasının əsas səbəbi ərazidəki restoranlar və yol kənarındakı istirahət-əyləncə mərkəzlərinin ekoloji normalara əməl etməməsidir.

Burada yığılıb qalan zibil ətrafa dəhşətli üfunət yayır
© Sputnik / Ilham Ahmadov
Burada yığılıb qalan zibil ətrafa dəhşətli üfunət yayır

Söhbət Oğuzun əsas magistral yol üzərində yerləşən Padar kəndindən gedir. Burada yığılıb qalan tonlarla zibil yığını səbəbindən ərazini dəhşətli üfunət bürüyüb.

Kənd bələdiyyəsi və icra nümayəndəliyindən sözügedən problemin obyektiv səbəblərdən yarandığı bildirilsə də, sakinlər belə düşünmürlər. Kənd sakini Ceyhun Əhmədov problemin sözügedən obyekt sahiblərinin səhlənkarlığı ucbatından yaşandığını deyir.

"Bilmirik, bunlar nə etmək istəyirlər. Bütün tullantıları gətirib buraya atırlar. Nə baxan var, nə maraqlanan. Dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli idarəsinə müraciət etmişik, gəlib əraziyə baxış keçirib çıxıb gediblər. Heç bir tədbir də görülməyib" — C.Əhmədov danışır.

Sakinlərin sözlərinə görə, zibillik səbəbindən evlərdə qoxu və milçək əlindən oturmaq olmur. "Bəzi hallarda isə zibilliyi yandırırlar, tüstüdən nəfəs almaq olmur" — deyən kənd sakinləri artıq cana doyduqlarını qeyd edirlər.

Sakinlərin sözlərinə görə, zibillik səbəbindən evlərdə qoxu və milçək əlindən oturmaq olmur
© Sputnik / Ilham Ahmadov
Sakinlərin sözlərinə görə, zibillik səbəbindən evlərdə qoxu və milçək əlindən oturmaq olmur

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı ərazi idarəsinin rəis müavini Ziya Cəbrayılov Sputnik Azərbaycan-a bildirib ki, yaranmış problemdən məlumatlıdırlar: "Hazırda idarənin əməkdaşları ərazidə fəaliyyət göstərən şadlıq sarayları və restoranlarda monitorinq aparırlar, bir neçə obyektə, artıq xəbərdarlıq edilib, protokol yazılıb".

14967
Teqlər:
zibillik, Padar kəndi, üfunət, Oğuz rayonu, zibil, Sputnik Azərbaycan, qoxu, restoran, sakin, obyekt, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Əlaqədar
Avtoritetin əli: Bakıda zibil qutusunda bədən hissələri tapılan şəxs kimdir?
Ekoloq: “Hələ də çox sayda qanunsuz zibilxanalar fəaliyyət göstərir”
Nabran bələdiyyəsinin sədri cərimələndi: Turizm bölgəsindəki zibillərə görə
Ətraf mühiti zibillədiklərinə görə 20 min manatdan artıq cərimə edildilər
"Onlar gedəndən sonra rayon zibilliyə dönür" - Gəlmələr də şikayətçidir, yerlilər də