CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev İsmayıllıda bir sıra obyektlərin açılışında iştirak edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev İsmayıllıda “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın açılışında
Prezident İlham Əliyev İsmayıllıda “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın açılışında - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev İsmayıllı rayonuna səfəri çərçivəsində burada yenidən qurulan 110/35/10 kilovoltluq 2x16 MVA gücə malik “İsmayıllı” yarımstansiyasının açılışında iştirak edib

BAKI, 25 avqust — Sputnik. Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunda “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın açılışında iştirak edib.

Sputnik Azərbaycan xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev və sahibkar Bəşir Quliyev aqroparkda görülən işlər barədə dövlətimizin başçısına ətraflı məlumat veriblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
İlham Əliyev vəzifəli şəxs barədə sərəncam imzaladı

Bildirilib ki, ümumi dəyəri 22 milyon manat olan aqroparkın yaradılmasına birinci mərhələdə 7,7 milyon manat investisiya qoyulub. Bunun 1,9 milyon manatı İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılıb. Ərazisi 602 hektar olan aqroparkın tərkibinə əkinçilik təsərrüfatı, soyuducu anbar kompleksi, istehsal olunmuş kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və paketlənməsi sahələri daxildir.

Prezident İlham Əliyev müəssisəni işə salıb. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin avqustun 25-də İsmayıllı rayonuna səfəri çərçivəsində burada yenidən qurulan 110/35/10 kilovoltluq 2x16 MVA gücə malik “İsmayıllı” yarımstansiyasının açılışında iştirak edib.

© Official website of President of Azerbaijan Republic“İsmayıllı” yarımstansiyası
“İsmayıllı” yarımstansiyası - Sputnik Azərbaycan
“İsmayıllı” yarımstansiyası

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev Prezident İlham Əliyevə müəssisənin fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, “İsmayıllı” yarımstansiyası istismar müddətini başa vurduğundan müasir üslubda tam yenidən qurulub. Bu yarımstansiya vasitəsilə İsmayıllı şəhəri və ətraf 14 yaşayış məntəqəsinin, 35 kilovoltluq Basqal və 35 kilovoltluq İvanovka hava xətlərinin üzərində olan 35/10 kilovoltluq “Girdimançay”, “Zərgəran”, “Yeni Basqal” və “İvanovka” yarımstansiyalarının elektrik enerjisi ilə təchizatı həyata keçirilir.

Dövlət başçısı yarımstansiyanı işə salıb.

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfəri çərçivəsində Qaraməryəm-İsmayıllı-Şəki yolunun 5-ci kilometrliyindən ayrılan Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında da iştirak edib.

© Official website of President of Azerbaijan RepublicKürdmaşı-Kəlbənd-Girk avtomobil yolu yenidənqurma və bərpadan sonra
Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolu yenidənqurma və bərpadan sonra - Sputnik Azərbaycan
Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolu yenidənqurma və bərpadan sonra

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yol barədə Prezident İlham Əliyevə məlumat verib. 

İlham Əliyev Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışında iştirak edib - Sputnik Azərbaycan
CƏMİYYƏT
İlham Əliyev park kompleksinin açılışında iştirak edib

Bildirilib ki, dövlətimizin başçısının bu il imzaladığı Sərəncama əsasən, 1000 nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Qaraməryəm-İsmayıllı-Şəki yolunun 5-ci kilometrliyindən ayrılan Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolunun tikintisinə dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə vəsait ayrılıb. Uzunluğu 14 kilometr olan yol dördüncü texniki dərəcəlidir. Hərəkət hissəsinin eni 6 metr olan yol iki hərəkət zolaqlıdır. Yol boyu suötürücü borular, siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib, biraşırımlı körpü tikilib.

Prezident İlham Əliyev yeni yolun rəmzi açılışını bildirən lenti kəsib.

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialının açılışında da iştirak edib.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialının açılışında. 25 avqust 2018-ci il
Prezident İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialının açılışında. 25 avqust 2018-ci il - Sputnik Azərbaycan
Prezident İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialının açılışında. 25 avqust 2018-ci il

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, müəssisənin binasının 2016-cı ildə başlayan tikinti işləri yüksək keyfiyyətlə yerinə yetirilib. Filialda 150 toxucunun və 12 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir.

Dövlət başçısı müəssisənin kollektivi ilə görüşüb.

Xəbər lenti
0