CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tələsin: Əgər qeydiyyatdan keçməsəniz...

Abunə olmaq
Avqustun 24-dən 30-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər

BAKI, 24 avqust — Sputnik. Azərbaycan Respublikası ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlər avqustun 24-dən sentyabrın 3-dək, tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olan abituriyentlər isə avqustun 24-dən 30-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər).

Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcəkdir.

Xəbər lenti
0