CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Piyadalara xoş xəbər gəldi

© Sputnik / Anar MustafayevДевушка на пешеходном переходе в Баку
Девушка на пешеходном переходе в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Müxtəlif küçə və prospektlərdəki standartlara uyğun olmayan eyni səviyyəli piyada keçidləri yenidən normal qaydada piyadaların istifadəsinə verilib

BAKI, 24 avqust — Sputnik. 2017-ci ildə piyada keçidlərinin vəziyyəti ilə bağlı aparılan təhlillər nəticəsində aşkar edilən çatışmazlıqlar artıq aradan qaldırılıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müxtəlif küçə və prospektlərdəki standartlara uyğun olmayan eyni səviyyəli piyada keçidləri yenidən normal qaydada piyadaların istifadəsinə verilib. Bəzi ünvanlarda piyadaların təhlükəsizliyi məqsədi ilə keçidlərə yeni elementlər əlavə edilib. Panduslar və dəmir məhəccərlər quraşdırılıb.

Piyada təhlükəsizliyinin vacib elementlərindən olan eyni səviyyəli piyada keçidlərinin standartlara uyğunlaşdırılması, zəruri olan yerdə yenilərinin təşkil edilməsi davamlı olaraq aparılır.

Xəbər lenti
0