Ağızdan gələn pis qoxu

Ağzınızdan pis qoxu gəlirsə...

3625
(Yenilənib 01:21 24.08.2018)
Bütün bunlara baxmayaraq ağzınızdan qoxu gəlirsə, mütəxəssisə müraciət edin

BAKI, 24 avqust — Sputnik. Ağızdan qoxu gəlməsi insanın həm özünü, həm də ətrafındakı insanları narahat edə bilər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, ağız qoxusu bir çox qidalarla yanaşı bəzi xəstəliklər səbəbilə də yarana bilər.

Ağızdan qoxu gəlməsini istəmirsinizsə, dişlərinizi və diş ətini qoruyun. Diş çürükləri və diş əti iltihabları ağız qoxusunun ən önəmli səbəblərindəndir. Ağız daxili infeksiya da bakteriya yaranmasını sürətləndiridiyi üçün ağız qoxusuna səbəb olur. Buna görə də dişlərin sağlamlığına və qulluğuna diqqət ayrılmalıdır. 

1.  Dişlər gündə iki dəfə fırçalanmalı, ağız qarqarası edilməlidir. İldə ən az iki dəfə həkim müayinəsindən keçməlisiniz. Ağızda olan köhnə körpü və ya diş protezi də ağız qoxusuna səbəb ola bilər.  Buna görə də  protez və körpüləri mütəmadi olaraq müayinədən keçirmək lazımdır.

2.  Ağzınızdan pis qoxunun gəlməsinin qarşısını almaq üçün saqqız çeynəyin. Saqqız çeynəmək tüpürcəyin axınını sürətləndirən və  ağız qoxusunu aradan qaldıran  ən güclü yoldur.

3.  Şəkər xəstəliyi kimi bəzi xəstəliklər də, bir çox dərmanın əks təsiri olaraq ortaya çıxan ağız quruluğu da ağız qoxusuna səbəb ola bilər. Bu zaman şəkərsiz saqqız çeynəmək tüpürcək xaric edilməsini  artırır və ağız təmizliyinə  kömək olur.  Saqqızların tərkibində yemək parçalarını yerindən qoparıb mədəyə göndərən güclü  bakteriya öldürücü antibiotiklər var. Şəkərli saqqızlar dişlərin çürüməsinə səbəb olduğu üçün istifadə eidlməməlidir.

4.  Ağızdan qoxunun aparılmasının yollarından biri də çox su içməkdir.

5.  Şəkərdən istifadəni azaldın.  Ağ un, ağ şəkər, qlükoza, fruktoza siropları ilə dadlandırılmış  bütün hazır qidalar  ağız içində olan bakteriyaların qida mənbəyidir. Bakteriyalar bu cür şəkərlərdən istifadə edərək sürətlə artırlar.  Bütün şəkərli qidalar dişlərin çürüməsinə səbəb olur. 

6.  Ağzınızdan qoxu gəlməsini istəmirsinizsə, tikələrinizi yaxşı çeynəyin.  Tikələrin yaxşı çeynənilməsi tüpürcək istehsalını artırır və  ağızda qida parçalarının qalma şansını azaldır.  Daha çox çeynəmə daha çox bakteriyanı ağızdan qopararaq mədəyə düşməsinə səbəb olur. 

7.  Ağzınızdan qoxu gəlməsini istəmirsinizsə, pendir və darçından istifadə edin. Bu həm ağız qoxusunun aradan qalxmasına kömək edir, həm də dişlərin çürüməsinin qarşısını alır. Bununla yanaşı, yeməklərinizdə və içkilərinizdə darçın istifadə edin. Darçın ağızdaxili bakteriyalarla mübarizədə önəmli silahdır. Darçınlı şəkərsiz saqqızlardan istifadə edin.

8.  Ağızdan qoxunun gəlməsinin qarşısını almaq üçün diş ipi istifadə edin. Diş ipi diş fırçasının çıxara bilmədiyi  bakteriya və yemək artıqlarını çıxarır.

9.  Və ağzınızdan qoxu gəlməsini istəmirsinizsə, siqaret çəkməyin. Siqaret çəkmək ağız quruluğuna səbəb olduğu üçün ağız qoxusuna və diş əti xəstəliklərinə səbəb olur.

Bütün bunlara baxmayaraq ağzınızdan qoxu gəlirsə, mütəxəssisə müraciət edin.

3625
Teqlər:
iltihab, diş, diş əti xəstəlikləri, ağız, qoxu
Taxılçılıqla məşğul olan fermer

Rayonda bir ilki sınaqdan keçirən Balakən sakini ayın fermeri oldu

5
(Yenilənib 21:10 30.11.2020)
"Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir

BAKI, 30 noyabr — Sputnik. Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün fermerlər arasında elan edilən "Ayın fermeri" müsabiqəsinin qalibi müəyyənləşib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat veriblər ki, müsabiqədə iştirak üçün 40 rayondan ümumilikdə 56 fermer müraciət edib. Müsabiqənin iki mərhələsi üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndirilib.

Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində qarğıdalı istehsalı sahəsində yüksək məhsuldarlıq əldə etdiyinə görə fermer Zaur Əhmədiyev "Ayın fermeri" müsabiqəsinin qalibi elan edilib. Balakən rayonunda fermer təsərrüfatı quran Zaur Əhmədiyev düzgün aqrotexniki qulluq nəticəsində 35 ha qarğıdalı sahəsindən 308 ton dənlik qarğıdalı istehsal edib. Rayonda ilk dəfə qarğıdalı sahəsində damlama üsulu ilə suvarma sistemini quran fermerin qarğıdalı sahəsində orta məhsuldarlıq 88 sentner təşkil edib. O, ötən il 175 ha sahədən 460 ton taxıl əldə edib. 2019-cu ildə 20 hektar sahədə intensiv bağ salan Zaur Əhmədiyev heyvandarlıq sahəsində də fəaliyyət göstərir və hazırda təsərrüfatında 298 baş iribuynuzlu heyvan var.

Qeyd edək ki, "Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.

Xatırladaq ki, müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.

5
Teqlər:
qarğıdalı, fermer, Balakən
Kitablar, arxiv şəkli

Qonkur mükafatının qalibi açıqlanıb

5
(Yenilənib 20:55 30.11.2020)
COVID-19 səbəbi ilə laureat bu dəfə hər il olduğu kimi, Parisin "Druan" restoranında deyil, videokonfrans vasitəsi ilə elan edilib

BAKI, 30 noyabr — Sputnik. Fransanın ən böyük ədəbiyyat mükafatı olan Qonkurun builki qalibi açıqlanıb.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu, fransız yazıçı Erve Le Telye olub. O, bu mükafata "Anomaliya" romanına görə layiq görülüb.

COVID-19 səbəbi ilə laureat bu dəfə hər il olduğu kimi, Parisin "Druan" restoranında deyil, videokonfrans vasitəsi ilə elan edilib.

Xatırladaq ki, Qonkur artıq yüz ildən çoxdur ki, fransız dilində yazılmış ən yaxşı romana verilir. Mükafat Qonkur qardaşlarının vəsiyyəti əsasında təsis edilib. Məbləği simvolik olaraq 10 avro təşkil etsə də, qalibə böyük nüfuz və yüksək tiraj qazandırır.

 

5
Teqlər:
kitab, Fransa, ədəbiyyat, mükafat