Lotu Quli

"Lotu Quli"nin yeni görüntüləri üzə çıxdı - VİDEO

7851
(Yenilənib 09:59 24.08.2018)
Masa arxasında əyləşən "kriminal avtoritet" isə suala gülüşlə cavab verir

BAKI, 23 avqust — Sputnik. Çernoqoriyada həbs olunduğu barədə məlumat yayılan azərbaycanlı kriminal avtoritet, "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) yeni görüntüləri ortaya çıxıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Baku.tv-nin əldə etdiyi kadrlarda çəkilişi aparan şəxs "Lotu Quli"yə "bəs deyirdilər tutulub, nə oldu?" sualını verir.

Masa arxasında əyləşən "kriminal avtoritet" isə suala gülüşlə cavab verir.

Qeyd edək ki, azərbaycanlı avtoritet ötən gün Çernoqoriyanın Podqoritsa şəhərinin hava limanında Rusiya Federasiyasının sorğusu əsasında "İnterpol" tərəfindən saxlanılıb.

Lakin Podqoritsa məhkəməsi Rusiyanın irəli sürdüyü ittihamları qəbul etməyərək, həmin ittihamlarda göstərilən cinayətlərin baş verdiyi tarixdə "Lotu Quli"nin Azərbaycanda həbsdə olduğunu bildirib.

Məhkəmə qərarından sonra "Lotu Quli" sərbəst buraxılıb.

7851
Teqlər:
Interpol, Nadir Səlifov, Lotu Quli, qanuni oğru, həbs
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Sumqayıtda arvadını qətlə yetirən ər saxlanıldı

2
(Yenilənib 13:42 17.01.2021)
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

BAKI, 17 yanvar - Sputnik. Yanvarın 17-də saat 7 radələrində Sumqayıt şəhər ərazisində yerləşən otellərin birində 1997-ci il təvəllüdlü Həsənova Aişən Məhərrəm qızının meyitinin aşkar edilməsi barədə Sumqayıt şəhər Prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər Prokurorluğundan "Report"a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1991-ci il təvəllüdlü Həsənov Orxan Qorxmaz oğlunun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı yastıqla Aişən Həsənovanı boğaraq sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Orxan Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

2

Təhsil naziri dərslərin taleyi ilə bağlı birifinq keçirəcək

8
Brifinqdə qarşıdakı dövr ərzində tədrisin təşkili qaydaları, yeni hədəflər, gözləntilər barədə məlumat veriləcək, sual doğuran məsələlərə aydınlıq gətiriləcək.

BAKI, 17 yanvar - Sputnik. Növbəti həftə Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq təşkil ediləcək.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özünün "Facebook" hesabında paylaşdığı məlumatda bildirib.

Məlumatda deyilir ki, brifinqdə qarşıdakı dövr ərzində tədrisin təşkili qaydaları, yeni hədəflər, gözləntilər barədə məlumat veriləcək, sual doğuran məsələlərə aydınlıq gətiriləcək.

8