Rusiya Dəmir Yollarına məxsus qatar

Rusiya Azərbaycana "Qaranquş" göndərəcək

417
(Yenilənib 20:38 23.08.2018)
Sürət qatarının Minvodıdan Dərbəndə 3,5, Bakıya isə 4,5 saata çatması nəzərdə tutulur

BAKI, 23 avqust — Sputnik. Rusiya Federasiyasının (RF) Stavropol diyarına aid olan Mineralnıye Vodı ilə Bakı arasındakı dəmir yolu xəttinə "Qaranquş" ("Lastoçka") sürət qatarları buraxıla bilər.

Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən bildirir ki, "Rusiya Dəmir Yolları" şirkətində bununla bağlı layihənin müzakirəsi planlaşdırılır.

Lazımi infrastruktur hazır olduqdan sonra şirkətin bu qatarın xəttə buraxılması layihəsi ilə yaxından məşğul olacağı bildirilir. Sürət qatarı Stavropol və Dağıstan ərazilərindən keçəcək.

Rusiya Federasiyasının adları çəkilən subyektlərinin hökumətləri bu layihənin həyata keçirilməsində maraqlıdırlar. Onlar hesab edirlər ki, yeni qatarlar turist axınını gücləndirəcək və regiona əlavə sərmayələr cəlb edəcək.

Rusiya Federasiyasının Şimali Qafqaz Məsələləri üzrə Nazirliyinin nəzdində yaradılan işçi qrupu layihənin əsas məqsədini — sərnişinlərin Bakıdan Mineralnıye Vodıya daha tez çatmasını və onların rahatlığının artırılmasını nəzərə almaqla, qatarın xəttə buraxılması üzrə yol xəritəsi hazırlayacaq. Sürət qatarının Mineralnıye Vodıdan Dərbəndə 3,5, Bakıya isə 4,5 saata çatması nəzərdə tutulur.

Stavropol diyarının turizm və sanatoriyalar naziri Aleksandr Truxaçev bildirib ki, Bakı və Mineralnıye Vodı kimi iki nəhəng aqlomerasiyanı birləşdirəcək bu nəqliyyat layihəsi birmənalı olaraq sərfəlidir. Sürət qatarının istifadəyə verilməsi sağlamlıq, müalicə və reabilitasiya üçün sanatoriyalara gələnlərin sayının artmasına imkan yaradacaq.    

417
Teqlər:
sürət qatarı, Azərbaycan, Rusiya Federasiyası