CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məscidlərdə bayram namazı qılındı

© Sputnik / Murad OrujovПраздничный намаз в мечети Тезе Пир
Праздничный намаз в мечети Тезе Пир - Sputnik Azərbaycan
Abunə olmaq
Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqust ayının 22 və 23-ü qeyri-iş günüdür

BAKI, 22 avqust — Sputnik. Bu gün Azərbaycanın bütün məscidlərində Qurban bayramı namazı qılınıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Təzəpir məscidində qılınan bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə də iştirak edib.

QMİ sədri bütün müsəlmanları, o cümlədən Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqust ayının 22 və 23-ü qeyri-iş günüdür.

Xəbər lenti
0