Aleksandr Pilot və Darya Pilot

Yedilər, içdilər pozdular: Rusiyalı bloqçuları niyə Azərbaycandan deportasiya ediblər

12771
Pilot cütlüyü Azərbaycanda gördükləri müsbət və mənfilərdən bəhs ediblər. Onlar Azərbaycana bir daha qayıtmağı düşünmürlər.

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 22 avqust — Sputnik. Rusiyalı bloqçu Aleksandr Pilot həyat yoldaşı Darya Pilotla birlikdə dünyanın müxtəlif ölkələrinə səyahət edirlər. Onlar bu yaxınlarda Azərbaycana da səyahət etmək qərarına gəliblər və ölkəmizlə bağlı təəssüratlarını özlərinin sosial şəbəkələrdəki hesablarında paylaşıblar.

Sputnik Azərbaycan bloqçu cütlüyün paylaşdığı videolar əsasında bildirir ki, cütlük Dağıstan səfərindən sonra avtostopla Azərbaycana gəlmək qərarına gəliblər. Onlar ölkəmiz haqqında tanışlarından eşitdiklərini, internetdə gördüklərini öz gözləri ilə görmək istəyiblər. Gömrük keçid məntəqəsindən böyük çətinliklə keçəndən sonra yolda tanış olduqları insanların məsləhəti əsasında ilk olaraq Xaçmazı ziyarət ediblər.

"Bizə bu rayonu məsləhət gördülər və biz ora getməli olduq. Düzünü deyək ki, sonra buna görə çox peşman olduq. Çünki buranın sakinlərindən heç kəs rus dilini başa düşmürdü. Biz onlara nəyisə izah etməkdə çox çətinlik çəkdik" — deyə cütlük bildirib.

Xaçmazdan sonra onlara Nabranı ziyarət etmək məsləhət görülüb. Aleksandrla həyat yoldaşı buradakı istirahət komplekslərdən birində dincəliblər və buna peşman olmayıblar. Nabrandan sonra onlar Xınalığı və Şəkini ziyarət ediblər. 

"Şəki çox gözəl şəhərdir. Bu, bizim gördüyümüz Azərbaycan rayonları içərisində ən turistik və ən tarixi rayondur. Xınalıq kəndi də xoşumuza gəldi. Ora çatanda bizdə elə bir hiss yarandı ki, sanki Hindistandayıq. Maşının hər tərəfindən uşaqlar yaxınlaşaraq əllərindəki şeyləri satmağa çalışır və bizdən onları almağı xahiş edirdilər. Düzünü desək, bu bizi bir qədər narahat etdi" — deyə cütlük bildirib.

Bir neçə rayonu ziyarət edəndən sonra cütlük hər şeydən çox görmək istədikləri Bakıya gəliblər. Onlar burada kiçik bir mənzil kirayələyiblər. Lakin belə isti havada bu mənzildə kondisioner və sərinkeş olmayıb. Cütlük Bakıda İçərişəhəri, Qız qalasını ziyarət edib. Lakin qalanın başına çıxmayıblar. Çünki turistlər üçün tətbiq edilən 12 manat qiymətin həddindən artıq bahalı olduğunu düşünüblər.

Maraqlıdır ki, dünyanın bütün böyük şəhərlərində norma olan bir hal rusiyalı qonaqların xoşuna gəlməyib. 

"Burada maşını yalnız müəyyən olunmuş yerlərdə parklamaq olar və bu bizim qanımızı qaraltdı. Odur ki, şəhərə maşınla çıxmağı tövsiyə etmirik" — deyə bloqçular bildirib.

Onların ən çox Azərbaycan mətbəxi xoşlarına gəlib. Onlar burada qutabın, dolmanın, plovun, dovğanın, eləcə də şirniyyatların dadına baxıblar. Cütlüyün dediyinə görə, Azərbaycanda daha çox Qobustanın palçıq vulkanlarına heyran qalıblar.

Bloqçular Azərbaycan toyunda iştirakdan da məmnun qalıblar. Onları toya Bakıda qaldıqları evin sahibi qonaq qismində dəvət edib. Cütlük oğlanın qohumları ilə birlikdə Lənkərana qız toyunda iştirak etməyə yollanıb.

"Əvvəl qızın, sonra isə oğlanın toyunun olması bizi heyrətləndirdi. Toyda yalnız Azərbaycanın milli musiqiləri səsləndi və Azərbaycan rəqsləri çox xoşumuza gəldi. Onlar orijinal idi. Biz də toyda ürəkdən rəqs etdik" — deyə cütlük etiraf edib.

Cütlük ən böyük çətinliklə Azərbaycanı tərk edib Gürcüstana keçərkən qarşılaşıb. Onları ölkədə 10 gündən artıq qaldıqları üçün sərhəddə saxlayıblar. Burada qeyd etmək lazımdır ki, Azərbaycanın miqrasiya qanunvericiliyinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yaşadıqları yer üzrə qeydiyyatdan keçməlidirlər.

"Biz Azərbaycan sərhəddini "döyüşərək" keçdik. Hər şey onunla bitdi ki, bizi deportasiya etdilər. Biz nə qədər ki, adambaşına 400 manat cəriməni ödəməmişik, Azərbaycanı ziyarət etmək hüququmuz yoxdur. Əgər biz iki ay müddətində bu pulu ödəməsək, üzərinə faiz gələcək. Gürcüstan gömrüyündə isə biz heç bir problemlə üzləşmədik" — deyə cütlük bildirib. Onlar əlavə ediblər ki, bir daha Azərbaycana qayıtmaq fikirləri yoxdur.

Qeyd edək ki, blogger Aleksandr Pilot 2016-cı ildən dünya ölkələrinə səyahət edir.

12771
Teqlər:
bloqçu, deportasiya, səyahət, rusiyalı, Azərbaycan
Amitabx Baççan, arxiv şəkli

Azərbaycanlıların da sevimlisi olan hind aktyoru koronavirusa yoluxdu

26
(Yenilənib 00:04 12.07.2020)
"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor yazıb.

BAKI, 12 iyul – Sputnik. Əfsanəvi hind aktyoru və Bollivud ulduzu Amitabx Baççan koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə aktyor özünün “Twitter”dəki səhifəsində yazıb.

"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor yazıb.

​Aktyor həmçinin son 10 gündə onunla yaxın təmasda olanlardan koronavirus testindən keçmələrini xahiş edib.

Baççan Hindistanın bir çox filmlərdə çəkilmiş ən məşhur aktyorlarından biridir. O, ayrı-ayrı filmlərdə yaratdığı uğurlu obrazlara və rollara görə dəfələrlə yüksək mükafatlara layiq görülüb.

Amitabx Baççan oynadığı rollarla Azərbaycanda da məşhurdur və sevilir.

26
 Əldə manat, arxiv şəkli

Onları 1000 manatadək cərimə edəcəklər

4
(Yenilənib 21:30 11.07.2020)
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanuna edilən dəyişikliklər ciddi cərimələri nəzərdə tutur

BAKI, 11 iyul — Sputnik. Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər 500 manatadək cərimələnəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunda əksini tapıb.

Qanuna əsasən, İnzibati Xətalar Məcəlləsinə əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına dair yeni maddə (205-1) əlavə edilib.

Yeni maddəyə (205-1) əsasən, əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına, yəni:

- əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsinə, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırılmasına;

- əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə;

- müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;

- müəssisənin ləğv edilməsi halları istisna olmaqla, həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;

- əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı məqsədilə tərtib olunmuş Fərdi Reabilitasiya Proqramının dövlət orqanları və dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən icrasının təmin edilməməsinə;

- işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçilərin, onların arzusu ilə və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş Fərdi Reabilitasiya Proqramını nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmamağa və ya yenilərini təşkil etməməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq ediləcək.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin yaşadığı fərdi evlərin onlar üçün uyğunlaşdırılması ilə bağlı xərclərin təqsirkar hüquqi və fiziki şəxslər, dövlət orqanları tərəfindən ödənilməməsinə görə isə beş yüz manatdan min manatadək məbləğdə cərimə tətbiq olunacaq.

4
Londonda küçələrin birində, arxiv şəkli

Min illərin sirli qətlinin üstü açıldı

0
(Yenilənib 00:04 12.07.2020)
Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb.

BAKI, 12 iyul — Sputnik. Böyük Britniyada sürətli bir yol çəkmək üçün layihə üzərində çalışan arxeoloqlar, dəmir dövrünə aid insan skeleti tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, insan qalıqlarının üzü üstə olması və əllərinin arxadan bağlı olması onun qətlə yetirildiyini sübut edir. Bu barədə layihənin rəsmi saytında məlumat verilib.

Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb. Bu cür qeyri-adi dəfn üsulu insanın qətl və ya edam qurbanı olduğunu göstərir.

Doktor Reyçel Vuud tapıntını sirli adlandırıb. O, mütəxəssislərin bu ölümün səbəbləri barədə məlumat verə biləcəyinə ümid etdiyini bildirib.

Bununla yanaşı, arxeoloqlar bu ərazidə neolit ​​dövründən orta əsrlərə qədər dörd min il davam edən qədim insanların fəaliyyətlərinin izlərini aşkar ediblər. Belə ki, burada Stounhencə bənzəyən taxtadan hazırlanmış diametri 65 metr olan dəyirmi abidə tapılıb.

Digər maraqlı bir tapıntı, bir qurğuşun tabutdakı skelet olub. Alimlərin fikrincə, bu şəxs yüksək statusa sahib olub. Çünki belə bir bahalı dəfn üsulunu ödəmək üçün imkanları olmalıdır.

0