Azərbaycanın Baş naziri Novruz Məmmədov

Novruz Məmmədov Azərbaycan xalqına müraciət etdi

289
(Yenilənib 13:05 21.08.2018)
Novruz Məmmədov Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

BAKI, 21 avqust — Sputnik. Baş nazir Novruz Məmmədov Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, baş nazirin sosial şəbəkələr vasitəsilə yaydığı təbrikdə deyilir:

“Mənəvi saflığı, yüksək əxlaqi dəyərləri tərənnüm edən, xeyirxahlıq və birlik rəmzi olan Qurban bayramı münasibətilə bütün izləyənləri təbrik edirəm. Bu əziz bayramda hər birinizə xoşbəxtlik, can sağlığı, ruzi-bərəkət və firavan həyat arzulayıram. Qurbanlarınız qəbul olsun!”.

289