Ağsu rayonu Gəgəli kənd sakini Sahib Mirzəyevin həyətində aparılmış arxeoloji qazıntıların nəticəsi

Ağsu rayonunda tapılmış tarixi abidədən çıxanlar hər kəsi heyrətləndirdi

14708
(Yenilənib 10:08 21.08.2018)
Qazıntının genişləndirilməsi və dərinləşdirilməsi bu skeletlərin bir-biri ilə əlaqəsini üzə çıxaracaq

İlham Əhmədov Sputnik Azərbaycan

BAKI, 21 avqust — Sputnik. İyul ayında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Vəli Əliyevin rəhbərlik etdiyi Nərgizava ekspedisiya qrupu Ağsu rayonunun Gəgəli kəndində yerli sakin Sahib Mirzəyevin həyətində 70 kv.m. sahədə aşkar olunmuş tarixi abidədə arxeoloji qazıntılara başlayıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, qazıntı zamanı yer üstündən 40 sm dərinlikdən başlayaraq şum işləri zamanı dağılmış təbəqənin qarışıq materialları və insan skeletlərinin qalıqları üzə çıxıb. 80 sm dərinlikdən başlayaraq torpaq qəbirlərdə daha yaxşı saxlanmış skeletlər və ətrafında qoyulmuş saxsı məmulatı, eləcə də metal əşya və bəzək nümunələri aşkar olunub. Ümumilikdə, indiyə qədər 28 qəbir qeydə alınıb, onların bəzilərində bir neçə skeletə rast gəlinib.

Nərgizava abidəsinin qəbirləri pilləli şəkildə dəfnlə xarakterizə olunur. Qəbirlərin skeletinin vəziyyəti sıx və zəif bükülü, başının istiqaməti, əsasən, şimal-qərbə, sağ böyrü üstə, üzü cənub-şərqə olub, ayaq və baş ucunda nərgizava tipli dördqulplu saxsı maye qabı və digər saxsı su və yemək qabarı qoyulub. Bütün qablar ellin dövrünə xas olan qırmızı oxra ilə rənglənib.

  • Ağsu rayonu Gəgəli kənd sakini Sahib Mirzəyevin həyətində aparılmış arxeoloji qazıntıların nəticəsi
    Ağsu rayonu Gəgəli kənd sakini Sahib Mirzəyevin həyətində aparılmış arxeoloji qazıntıların nəticəsi
    © Sputnik / Ilham Ahmadov

1 / 5
© Sputnik / Ilham Ahmadov
Ağsu rayonu Gəgəli kənd sakini Sahib Mirzəyevin həyətində aparılmış arxeoloji qazıntıların nəticəsi

Skeletlərin ətrafından müxtəlif rəngləri olan çaxmaqdaşılar da aşkar olunaraq götürülüb. Bundan başqa dəmirdən xəncər, bıçaq, ox ucluqları və nizə ucluqları tapıntılar arasındadır. Əksər skeletlərin üzərində ocaq qalanması ayininin izlərinə rast gəlinib.

Antropoloq Vüsal Həsənovun dediyinə görə, skeletlərin bəzilərində xəstəlik izləri də müşahidə olunur. Qazıntının genişləndirilməsi və dərinləşdirilməsi bu skeletlərin bir-biri ilə əlaqəsini üzə çıxaracaq.

Qazıntıda aşkar olunmuş tunc kəmər başlıqları öz bədii gözəlliyi ilə seçilir. İnsan və heyvan təsvirli belə kəmər və toqqa başlıqları Nərgizava abidəsi üçün səciyyəvidir deyə V.Həsənov bildirib.

Qazıntı zamanı 9 saylı qəbirdən bir ədəd Parfiya sikkəsi də üzə çıxıb. 10 saylı qəbirdə dəfn edilən qadının üzərindən qızıl təbəqə ilə örtülmüş dovşan formalı sancaq, qızıldan bir cüt sırğa, sədəf bəzək əşyaları tapılıb. Maraqlıdır ki, həmin qadın skeletinin alt hissəsində həmin kamerada yanında dəmir nizə ucluğa sancılmış kişi skeleti də üzə çıxıb.

Qazıntı zamanı Gəgəli kəndinin yaxınlığındakı Yasamal qobusunun kənarında 20 kv.m. sahədə yaşayış yerinin üzə çıxarılması istiqamətində işlər aparılıb. Həm nekropolda, həm də ehtimal olunan yaşayış yerində işlər hələ davam etməkdədir.

Vüsal Həsənov qeyd edib ki, işlərin yekunlaşdırılması üçün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Nərgizava ekspedisiyasına yenidən bir qrup arxeoloqların cəlb olunması mütləqdir.

14708
Əlaqədar
ABŞ tarixinin ən maraqlı və qalmaqallı prezidentlərindən biri
Dövlət qulluğuna qəbul imtahanının tarixi məlum oldu
Türkiyə futbolu tarixində bir ilk gerçəkləşir
Ankara tarixi qərar verdi, Afina razılıq etdi
Tarixi sammitə hazırlıq bitdi