Namiq Canıyev çeçen əsilli kriminal avtoritet Şeyx Həmzət Qastemirovla

Lənkəranskinin qardaşı kriminal avtoritetlə nəyi müzakirə edib? - FOTO

440
(Yenilənib 20:13 12.03.2020)
Rövşən Lənkəranskinin qətlindən sonra Şeyx Həmzət onun qisasını alacağına söz vermiş və bu işdə öldürülmüş kriminal avtoritetin qardaşına dəstək vəd etmişdi

BAKI, 19 avqust — Sputnik. 2016-cı ildə qətlə yetirilmiş azərbaycanlı "qanuni oğru" Rövşən Canıyevin (Lənkəranski) qarşdaşı Namiq Canıyev çeçen əsilli kriminal avtoritet Şeyx Həmzət Qastemirovla görüşüb.

Sputnik Azərbaycan oxu.az-a istinadla xəbər verir ki, baş tutmuş görüşü əks etdirən foto sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Rövşən Lənkəranskinin qətlindən sonra Şeyx Həmzət onun qisasını alacağına söz vermiş və bu işdə öldürülmüş kriminal avtoritetin qardaşına dəstək vəd etmişdi.

Namiq Canıyev çeçen əsilli kriminal avtoritet Şeyx Həmzət Qastemirovla
© Photo : Şeyx Həmzət Qastemirovun sosial şəbəkədə paylaşımı
Namiq Canıyev çeçen əsilli kriminal avtoritet Şeyx Həmzət Qastemirovla

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin Keşlə gömrük postunun rəisi, 2016-cı ilin avqustunda Türkiyədə qətlə yetirilən "qanuni oğru" Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşı, keçmiş gömrük polkovniki Namiq Canıyev bir müddət əvvəl İstanbuda saxlanılmışdı.

KİV-in məlumatına görə, bir müddət həbsdə qalan Canıyev bu vaxt ərzində işdən azad olunub.

N.Canıyevin qardaşı R. Lənkəranskinin qətlində ittiham etdiyi digər azərbaycanlı "qanuni oğru" Nadir Səlifova (Lotu Quli) qəsd üçün İstanbulda toplaşdığı bildirilirdi.

440
Teqlər:
Namiq Canıyev, qisas, Şeyx Həmzət, Rövşən Lənkəranski, qətl, görüş