İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Prezidentdən 28 yaşayış məntəqəsi sakinlərini sevindirəcək qərar

664
(Yenilənib 17:31 18.08.2018)
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11,3 milyon manat ayrıldı

BAKI, 18 avqust — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Lerik rayonunun Piran–Hamarat–Vıjaker avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, doqquz min nəfər əhalinin yaşadığı 28 yaşayış məntəqəsini birləşdirən Piran–Hamarat–Vıjaker avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,3 milyon (on bir milyon üç yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

664
Teqlər:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, sərəncam, yaşayış məntəqəsi, tikinti, avtomobil yolu, Azərbaycan prezidenti İlham Əliyev
Dalğalar

Xəzərdə dalğaların hündürlüyü 5 metrə çatıb - Faktiki hava

4
(Yenilənib 12:06 04.08.2020)
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25-27, aran rayonlarında 29-31, dağlıq rayonlarda 18-21, Naxçıvan MR-da 31-34 dərəcə isti olub.

BAKI, 4 iyul – Sputnik. Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, avqustun 4-ü  səhərədək olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, şimal-qərb küləyi güclənib. 

Düşən yağıntının miqdarı Ağdərədə (Ordubad) 22 mm, Astarada 16 mm, Salyanda 10 mm, Lerikdə 8 mm, Beyləqanda 6 mm, Biləsuvarda 5 mm, Qubada 4 mm, Daşkəsən, Göygöl, Balakən, Qrız, Xınalıqda 3 mm, Gədəbəy, Ağdam, Qəbələ, Qusar, Neftçala, Yardımlı, Lənkəran, Ağsuda 2 mm, Sumqayıt, Bakı, Maştağa, Pirallahı, Naftalan, Şəmkir, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Altıağac, Xaltan, Yevlax, Göyçay, İmişli, Sabirabad, Cəfərxan, Qazıməmməd, Kişçay (Şəki), Şabran, Nabran, Şahdağda 1 mm olub. Yağan leysan xarakterli yağış nəticəsində avqustun 3-də Talaçay Zaqatala və Əyriçay Başdaşağıl məntəqələrindən sel keçib.

Şimal-qərb küləyi gün ərzində arabir Neftçalada 26 m/s, Naftalanda 23 m/s, Bakı, Qum adasında 28 m/s, Maştağada 25 m/s, Çilov adasında 23 m/s, Ələt, Pirallahıda 20 m/s, Sumqayıt, Binədə 19 m/s, Neft Daşlarında 23 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5 metrə çatıb. 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25-27, aran rayonlarında 29-31, dağlıq rayonlarda 18-21, Naxçıvan MR-da 31-34 dərəcə isti olub.

4
Milli Məclis

Milli Məclis təcili toplaşır –  Deputatları məzuniyyətdən geri çağırıblar

9
(Yenilənib 11:34 04.08.2020)
Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətə buraxılmışdı.

BAKI, 4 iyul – Sputnik. Bu gündən Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyası öz işinə başlayır.

Sputnik Azərbaycan xəbər verir ki, parlamentin 59 deputatı Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə əsasən, növbədənkənar sessiyanın çağırılmasını tələb edib.

Bu tələbi nəzərə alan Milli Məclisin Sədri S.Qafarova avqustun 4-dən etibarən parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Növbədənkənar sessiyanın çağırılması ilə əlaqədar olaraq bu gün – avqustun 4-də Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin iclası keçiriləcək. Komitə iclaslarında 2020-ci ilin dövlət büdcəsinin zərfinə daxil olan məsələlər müzakirə olunacaq. Avqustun 5-i, 6-ı və 7-də isə Milli Məclisin plenar iclasları keçiriləcək.

Bundan əlavə, qanunvericiliyə uyğun olaraq, deputatlar avqustun 4-dən sessiyanın bitəcəyi tarixə qədər məzuniyyətdən geri çağırılıblar.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətə buraxılmışdı.

9
Neft

Azərbaycan nefti 45 dollara satılır

0
(Yenilənib 12:49 04.08.2020)
"Brent" markalı neftin qiyməti 0,41 dollar ucuzlaşaraq 43,74 dollar, "Light" markalı neftin qiyməti isə 0,36 dollar azalaraq 40,65 dollar təşkil edib.

BAKI, 4 avqust — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,03 dollar artaraq 45,39 dollar olub.

"Brent" markalı neftin qiyməti 0,41 dollar ucuzlaşaraq 43,74 dollar, "Light" markalı neftin qiyməti isə 0,36 dollar azalaraq 40,65 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0