Biləsuvar Gömrük İdarəsinin Qoşa Təpə gömrük postu

Komitə Qurban bayramı ilə bağlı adamlarına müraciət etdi

60
(Yenilənib 14:39 18.08.2018)
Mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi həyata keçiriləcək

BAKI, 18 avqust — Sputnik. Dövlət Gömrük Komitəsi iş adamlarına müraciət edib. Bu barədə Sputnik Azərbaycan-a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Müraciətdə bildirilir ki, Qurban bayramı ilə əlaqədar olaraq, Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində avqustun 22-si və 23-ü qeyri-iş günləridir: "Lakin buna baxmayaraq, avqustun 23-də Bakı Baş Gömrük İdarəsi, Sumqayıt Baş Gömrük İdarəsi, Avtonəqliyyat Baş Gömrük İdarəsi, Aksiz Baş Gömrük İdarəsi və Enerji Gömrük İdarəsi tam iş günündə fəaliyyət göstərəcək, idxal-ixrac əməliyyatları ilə məşğul olan iş adamlarının müraciətləri əsasında mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi həyata keçiriləcək".

60
Teqlər:
müraciət, Qurban bayramı, iş adamları, Dövlət Gömrük Komitəsi