Bakı bulvarı

Bazar istirahətini gözləyənlərə pis xəbər gəldi

4002
(Yenilənib 12:59 18.08.2018)
Səhər yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclü şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək

BAKI, 18 avqust — Sputnik. Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, avqustun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Səhər yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclü şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək.

Havanın temperaturu Abşeronda gecə 22-24°, gündüz 25-29°, Bakıda gecə 22-24°, gündüz 26-28° isti təşkil edəcək.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) arabir güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanlar ehtiyatlı olsunlar.

Tibbi-meteoroloji proqnoza görə, avqustun 19-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun iqlin norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24°, gündüz 25-30° isti, dağlarda gecə 10-15°, gündüz 16-21° isti təşkil edəcək.

4002
Teqlər:
temperatur, şimşək, yağış, külək, hava proqnozu, istirahət günü
Azərbaycan Dövlət İqtisad Universitetinin binası

Azərbaycanda universitetin sabiq rektoru vəfat edib

14
(Yenilənib 23:36 07.07.2020)
Mərhum professor Fuad Ələsgərov 1989-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olub.

BAKI, 7 iyul - Sputnik. Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, iqtisad elmləri doktoru, professor Fuad Nəsrullah oğlu Ələsgərov dünyasını dəyişib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu barədə universitetin rektoru Ədalət Muradov bildirib.

Mərhum F.Ələsgərov 1989-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olub.

Allah rəhmət eləsin!

14

Mona Liza ilə görüşə ancaq maska ilə - Luvr karantindən sonra

97
(Yenilənib 23:31 07.07.2020)
Luvr muzeyi karantindən çıxmağa hazırlaşır: Muzeyin direktoru Jan-Lük Martinezin sözlərinə görə, əvvəlki dövrlərə qayıtmaq üçün üç il vaxt lazımdır. 

Uzun üç ay yarım ərzində Luvr (Louvre), Fransanın bütün muzeyləri kimi, koronavirusla bağlı karantinə görə kilid altında idi və bu həftə publikanı yenidən qəbul etməyə başlayır. Lakin jurnalistlərlə görüşdə onun direktoru Jan-Lük Martinez deyib ki, "əvvəlki vəziyyətə qayıtmaq üçün ən azı üç il vaxt lazımdır". O, ilk növbədə, bəşəriyyətin antik dövrdən XIX əsrin ortalarına qədər yaratdığı dünya incəsənəti incilərinin Fransadakı qoruğuna baş çəkməsini nəzərdə tutub.

"Pessimist olmaq istəmirəm, amma bu, reallıqdır: ən yaxşı halda ziyarətçilərin sayı əvvəlki dövrlə müqayisədə 20-30 faiz səviyyəsində olacaq. Bu isə o deməkdir ki, biz adi günlərdə gələn 40 min ziyarətçi əvəzinə 8-10 min nəfər qəbul edəcəyik", - deyə direktor bildirib.

Jan-Lük Martinezin hesablamalarına görə, istənilən halda Luvrun itkiləri artıq 40 milyon avro təşkil edir. Bu, həm biletlərdən, həm butiklərdəki suvenirlərin, incəsənətə aid kitabların satışından, həm də muzeyin kafe və restoranlarından gələn gəlirlərdir. Luvrun büdcəsi, təxminən 240-250 milyon avro təşkil edir ki, onun da 40 faizi dövlət büdcəsindən və muzeyin öz gəlirlərindən ibarətdir. Bu il həmin gəlirlər əhəmiyyətli dərəcədə azalıb.

Bəs Luvr administrasiyası yaxın aylarda fəaliyyət göstərmək niyyətindədir? Əsas diqqət yerli əhaliyə, eləcə də Avropa İttifaqına daxil olan, sərhədləri artıq açılmış qonşu ölkələrə yönəldilir. Buna görə də muzey fəal şəkildə kampaniya apararaq parisliləri, ətraf departamentlərin və paytaxt regionu olan İl-de-Frans-ın sakinlərini dəvət edir. Bu kampaniyanın nə nəticə verəcəyini indidən demək çətindir.

İstənilən halda biletlərin internet vasitəsilə dəqiq bronlaşdırılması (gün və saat göstərilməklə) hələlik böyük nikbinlik doğurmur. İyunun sonuna olan məlumata görə, yaxın həftələrdə muzeyə getmək istəyənlərin sayı cəmi 12 min olub. Doğrudur, Luvr açıqlayıb ki, bileti yerində də almaq mümkündür. Baxmayaraq ki, muzey personalının böyük hissəsi karantin günlərində məsafədən işləyib, 250-300 nəfər daim Luvrda yeni mövsümün açılışına hazırlaşır. Muzey administrasiyasının xəbərdarlıq etdiyi kimi, bir sıra zalların fəaliyyəti mümkün olmayacaq. Söhbət, əsasən, Şimali Avropa ölkələrinin rəngkarlığının, 1789-cu il böyük Fransız inqilabına qədərki dövrün kolleksiyasının – muzey meydançalarının təxminən 30 faizinin nümayiş etdirilməsindən gedir.

Leonardo da Vinçinin Mona Liza əsəri
© REUTERS / BENOIT TESSIER

Muzeydə ziyarətçiləri qorumaq üçün bir sıra profilaktik tədbirlər həyata keçirilib. Təbii ki, tibbi maskalar hər kəs üçün məcburidir. Əvvəlki vaxtlardan fərqli olaraq, Luvra yalnız məşhur şüşə piramida vasitəsilə daxil olmaq mümkündür. Hər kəsə xüsusi broşuralar verilir. Orada elə marşrutlar göstərilir ki, insanlar nə zallarda, nə də dəhlizlərdə rastlaşmasınlar. Dövlət zalında sərgilənən Cokonda ilə görüşmək üçün indi dartılmış lentlərlə birləşdirilmiş stendlərin böyük labirintinə getmək lazımdır. Bir tərəfdən, bu, sosial məsafəni saxlamağa, digər tərəfdən isə Leonardo Da Vinçinin yaradıcılığı ilə hərtərəfli tanış olmağa imkan verir.

Yeri gəlmişkən, hər şərdə bir xeyir də var. İncəsənət həvəskarları üçün indi ən yaxşı vaxt gəlib çatıb: Luvrun  fransız, italyan, ispan klassiklərinin əsərləri, orta əsrlərin incəsənəti və digər xəzinələrlə zəngin salonlarında hələ uzun müddət seyrəklik olacaq.

Jan-Lük Martinezin sözlərinə görə, hazırda muzey Mədəniyyət Nazirliyi ilə birlikdə dəyişikliklər üzərində işləyir. Luvrun veb-saytının genişləndirilməsi, onun bütün kolleksiyasının “rəqəmsala” köçürülməsi nəzərdə tutulur. Karantin aylarında bu resurs böyük effektivlik nümayiş etdirib. Muzeyin saytında 10 milyondan çox "virtual ziyarətçi"qeydiyyatdan keçib.

97
  • © REUTERS / CHARLES PLATIAU

    Luvr karantindən sonra

  • © REUTERS / CHARLES PLATIAU

    Luvr karantindən sonra

  • © AP Photo / Thibault Camus

    Luvr karantindən sonra

  • © REUTERS / CHARLES PLATIAU

    Luvr karantindən sonra

  • © REUTERS / CHRISTIAN HARTMANN

    Luvr karantindən sonra

  • © REUTERS / CHARLES PLATIAU

    Luvr karantindən sonra

  • © REUTERS / CHRISTIAN HARTMANN

    Luvr karantindən sonra

  • © REUTERS / CHARLES PLATIAU

    Luvr karantindən sonra

  • © REUTERS / CHARLES PLATIAU

    Luvr karantindən sonra

  • © REUTERS / CHARLES PLATIAU

    Luvr karantindən sonra

  • © REUTERS / CHARLES PLATIAU

    Luvr karantindən sonra

  • © REUTERS / CHARLES PLATIAU

    Luvr karantindən sonra

  • © REUTERS / CHARLES PLATIAU

    Luvr karantindən sonra

  • © REUTERS / CHARLES PLATIAU

    Luvr karantindən sonra

  • © REUTERS / CHRISTIAN HARTMANN

    Luvr karantindən sonra

  • © AP Photo / Thibault Camus

    Luvr karantindən sonra

Teqlər:
fotolent
Pişik, arxiv şəkli

Ölüm öpüşü: Pişik sahibinin həyatına belə son qoydu

0
(Yenilənib 23:43 07.07.2020)
Həkimlər qadının orqanizmində bakterial meningitə səbəb olan "pasteurella multocida" bakteriyasını aşkar ediblər

BAKI, 7 iyul — Sputnik. Avstraliyanın Melburn şəhərinin sakini pişiyin cırmaqlaması və yaranı yalamasından sonra ölüb.

Sputnik Azərbaycan "Herald Sun" nəşrinə istinadən xəbər verir ki, 80 yaşlı qadının qohumları onu yataqda şüursuz halda yanında pişiklə tapıblar.

Həkimlər onun orqanizmində bakterial meningitə səbəb olan "pasteurella multocida" bakteriyasını aşkar ediblər.

Pensiyaçı komada doqquz gün keçirib, bundan sonra onu həyat təminatı sistemindən ayırıblar.

Yerli xəstəxanalardan birinin yoluxucu xəstəliklər üzrə direktoru Lindsi Qreyson bildirib ki, ev sahibləri pişiklərinə açıq yaraları yalamağa imkan verməməlidirlər. Eyni zamanda o xəbərdarlıq edib ki, immunitet sistemi pozulmuş şəxslər bu ev heyvanlarından qaçmalıdırlar.

Bakterial meningit bakterial infeksiya nəticəsində baş və onurğa beyni membranlarının iltihabıdır.

0
Əlaqədar
Koronavirus bəlasını dünyaya yayan Çin əhli iyrənc adətindən əl çəkmək niyyətində deyil
Bakıda "pişik əməliyyatı" - VİDEO
Evsiz pişikdən yemək əldə etmək üçün ağlasığmaz kələk - Video
Küçədə pişik gəzdirmək cərimə ilə nəticələndi
Telekanal insanları panikaya saldı, sevdiklərindən ayrıldılar