Sərhəd müşahidə qülləsi, arxiv şəkli

İlginc rəqəmlər açıqlandı: Azərbaycanda 135 min nəfər saxlanılıb

105
(Yenilənib 11:30 18.08.2018)
Təxmini dəyəri 126 milyon manat olan qaçaqmalın, o cümlədən 4 ton 266 kq narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb, 331 ton narkotik mənşəli bitki kolu aşkar olunaraq məhv edilib

BAKI, 18 avqust — Sputnik. “Son 15 ildə Azərbaycan sərhədçiləri 8 min 797 sərhəd pozucusunu, 135 min 91 nəfər rejim pozucusunu, 28 min 935 nəfər axtarışda olan şəxsi saxlayıb”.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, bunu Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev deyib.

O bildirib ki, bu müddət ərzində təxmini dəyəri 126 milyon manat olan qaçaqmalın, o cümlədən 4 ton 266 kq narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb, 331 ton narkotik mənşəli bitki kolu aşkar olunaraq məhv edilib: “Bu illər ərzində Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 18 nəfər və əlaqədə şübhəli bilinən 79 nəfər Azərbaycan, 21 nəfər xarici vətəndaş aşkar olunub, terrorçuluğa qarşı mübarizə zamanı 88 şəxs saxlanılıb, 375 nəfərin şəxsiyyəti müəyyən edilib. Qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 136 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

Bu statistik rəqəmlərin arxasında zabit və gizirlərimizin, çavuş və əsgərlərimizin gündəlik fədakar xidməti, göstərdikləri rəşadət və qəhrəmanlıqlar durur. Təməli ulu öndər tərəfindən qoyulan Azərbaycanın sərhəd təhlükəsizliyi strategiyasının uğurlu davamı Dövlət Sərhəd Xidmətini dövlət sərhədlərinin etibarlı mühafizəsini təşkil etməyə qadir bir quruma çevirilib. İqlimindən, relyefindən, şəraitindən asılı olmayaraq vətənimizin quru və su sərhədləri sayıqlıqla qorunur, ölkəmizin sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur”.

E.Quliyevin vurğulayıb ki, Dövlət Sərhəd Xidmətində quruculuq, inkişaf, təkmilləşdirmə prosesləri uğurla davam edirsə, deməli, Azərbaycan sərhədlərinin mühafizəsinin səviyyəsi də yüksələn xətlə inkişaf etməkdədir: “Dövlət Sərhəd Xidməti sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsini, sərhədçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasını, maddi-texniki bazanın möhkəmləndirilməsini, yeni silah-sursat, texnika və vasitələrin alınaraq xidmətdə tətbiqini müvəffəqiyyətlə həyata keçirir, vətən sərhədlərinin toxunulmazlığını təmin etməklə dövləti maraqlara sədaqətlə xidmət edir. Xidmətin bütün sahələrində ardıcıl həyata keçirilən islahatların səmərəliliyi ilk növbədə xidməti göstəricilərdə öz əksini tapır”.

105
Teqlər:
general-polkovnik Elçin Quliyev, Azərbaycan Dövlət Sərhəd Xidməti, axtarışda olan şəxs, sərhəd pozucusu, rejim pozucusu, sərhəd
Külək istiqamətini göstərən qurğu, arxiv şəkli

Tonqal qalayanda nəzərə alın: Yel çərşənbəsinin havası adına layiq keçəcək

3
Sinoptiklərin məlumatına görə, Yel çərşənbəsinə təsadüf edən martın 9-da şimal küləyi güclənəcək, bəzi yerlərdə qar yağacaq.

BAKI, 8 mart - Sputnik. Azərbaycan ərazisində martın 9-da gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə isti,  gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz  olacaq. 

Martın 9-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 1-4 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Martın 9-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.  

Qeyd edək ki, martın 9-u həm də Yel çərşənbəsinə tasadüf edir. 

3
Teqlər:
qar, külək, hava proqnozu

Sürüşmə deyil, köhnə süxur kütləsi yer dəyişib - Nazirlik rəsmisi

6
Bu gün Badamdarda torpaq sürüşməsi olub, Badamdar şossesi yenidən bağlanıb, yaxınlıqda olan restoranın isə pəncərəsi sınıb

BAKI, 8 mart - Sputnik. Badamdar qəsəbəsində baş verən sürüşmə hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Milli Geoloji Kəşfiyyat Xidmətinin qrup rəhbəri Rafiq Həsənov açıqlama verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Rafiq Həsənov Badamdar sürüşmə sahəsinə baxış keçirildiyini bildirib: “Əraziyə baxış zamanı məlum olub ki, 28 yanvarda baş verən sürüşmə hadisəsi nəticəsində axıb gəlmiş sürüşmə kütləsinin təbii amillər, əsasən də son zamanlar atmosfer yağıntıların nəticəsində yerinin dəyişməsi qeydə alınıb. Əslində qruntun yer dəyişməsi ümumilikdə sürüşmə prosesini aktivləşməsi kimi qiymətləndirilməməlidir. Bu sadəcə dayanıqlılığı pozulmuş süxur kütləsinin yer dəyişməsi kimi qiymətləndirilir”.

Qeyd edək ki, bu gün Badamdarda torpaq sürüşməsi olub, Badamdar şossesi yenidən bağlanıb, yaxınlıqda olan restoranın isə pəncərəsi sınıb. 

6
Teqlər:
açıqlama, ETSN, Badamdarda sürüşmə