Qəbələdə güclü yağış və dolunun yaratdığı fəsadlar

Səyahətə çıxanlar üçün vacib məlumat verildi

149
(Yenilənib 17:55 17.08.2018)
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb

BAKI, 17 avqust — Sputnik. İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraiti qeyri-sabit olacaq, bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq.

Havanın temperaturu dağətəyi rayonlarda 28-33, dağlıq rayonlarda 16-21 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Avqustun 19-u axşam yağış tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 27-32, dağlıq rayonlarda 19-24 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında avqustun 18-i gündüz yağmursuz hava şəraiti müşahidə olunsa da, axşam və avqustun 19-da arabir yağış yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək.

Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə çatdırılır ki, avqustun 18-19-da hava şəraitinin küləkli olacağı gözlənilir. Havanın maksimal temperaturu 25-30 dərəcə isti təşkil edəcək.

149
Əlaqədar
Qarşıdakı üç gün üçün hava xəbərdarlığı gəldi
Sabahın hava proqnozu açıqlandı: Yağış, külək, şimşək
Ölkə ərazisinə təhlükəli hava cərəyanı yaxınlaşır: Leysan, daşqın və sel gözlənilir
Hava limanından qaçırılan təyyarə qəzaya uğradı - VİDEO
Hava yenə xoşagəlməz "sürpriz" edəcək - RƏSMİ

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

17
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

17
Qəza, arxiv şəkli

Cəlilabadda ağır yol qəzası olub, ölən yaralananlar var

14
Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

14