Пассажиры на одной из станций Бакинского метрополитена, фото из архива

Metroda soyğunçuluq edənlər saxlanılıb

46
(Yenilənib 16:14 16.08.2018)
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb

BAKI, 16 avqust — Sputnik. Avqustun 15-də Beyləqan rayon sakini olan bir nəfərin "Nəsimi" stansiyasında içərisində 288 manat pulu və sənədləri olan pulqabısının oğurlanması barədə Metropolitendə Polis Şöbəsinə müraciət daxil olub.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub. Bildirilib ki, dərhal başlanılan əməliyyat-axtarış tədbirləri ilə şübhəlilər qısa vaxtda müəyyən edilib, Sabunçu qəsəbəsi ərazisində saxlanılaraq Metropolitendə Polis Şöbəsinə gətiriliblər.

Araşdırmalarla onların əvvəllər dəfələrlə məhkum olunmuşlar Şəki şəhər sakini Neymət Musayev və Bakı şəhər sakini Şahəddin Pirəliyev olmaları məlum olub. Üzərlərinə şəxsi baxış zamanı narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

Müəyyən edilib ki, zərərçəkmiş şəxs qatar hərəkətdə olarkən yuxulu olub. N.Musayev yaranmış vəziyyətdən istifadə edərək onun əlində saxladığı, içərisində sənədləri və 288 manatı olan pul qabını soyğunçuluq yolu ilə alıb və tanışı Ş.Pirəliyevə verərək stansiyadan uzaqlaşıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

46
Əlaqədar
Azərbaycanda metro və marşrut avtobuslarında gediş haqqı artırıldı
Bakının mərkəzində fövqəladə hadisə: Metro stansiyasının yaxınlığında yol çökdü - VİDEO
Tbilisidə metro fəaliyyətini dayandırdı, avtobuslar pulsuz xidmətə keçdi
Bütün Ermənistan ayaqda: Aeroportlar, metro və yollar...
Bakıya yeni gətirilən metro qatarında hamımıza maraqlı olacaq yenilik

Əyripəncə turist: Şəkidə həngamə salan ayı müalicə edilir

144
(Yenilənib 21:39 05.06.2020)
Şəki şəhərinə təsadüfən gəlmiş ayı hal-hazırda müalicə edilir. Şəhərdə səs-küy saldıqdan sonra əyripəncənin indi özünü necə hiss etdiyini videomuzda izləyin.

Hal-hazırda ayı Altıağac milli parkının nəzdinkdəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzində saxlanılır. Baytar müayinəsindən sonra bəlli olub ki, ayının müəyyən travmaları var. Çox güman ki, onlar digər ayılarla “savaş” zamanı yaranıb. Hal-hazırda əyripəncənin həyatı üçün təhlükə yoxdur və müalicə kursundan sonra onu yenidən vəhşi təbiətə buraxacaqlar.

144
Məmur portfeli, arxiv şəkli

Həftəsonu onların fəaliyyətinə icazə veriləcək

6
Yalnız siyahısı Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən tərtib olunan və Elektron Hökumət Portalına daxil edilmiş növbətçi vəkillərin hərəkətinə icazə veriləcək.

BAKI, 5 iyun — Sputnik. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 6-8 iyun tarixləri arasında xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı hərəkət məhdudiyyəti məhkəmə hakimləri ilə bərabər Vəkillər Kollegiyasının (VK) üzvlərinə də şamil olunur.

Kollegiyadan Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı şəhərində məhkəmə və digər əlaqəli qurumların da məhdud rejimdə fəaliyyət göstərəcəkləri nəzərə alınaraq yalnız siyahısı Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən tərtib olunan və Elektron Hökumət Portalına daxil edilmiş növbətçi vəkillərin hərəkətinə icazə veriləcək. Fəaliyyətinə icazə verilmiş vəkillərə əvvəlcədən məlumat veriləcək. Həmin vəkillər vəkillik fəaliyyətləri ilə bağlı tibbi maska və dezinfeksiyaedici vasitələrdən istifadə etməli və digər profilaktiki tələblərə riayət etməlidirlər.

6
Zaqatalaya mənzərə, arxiv şəkli

Cənubi Qafqazda ilk olaraq Azərbaycanda...

0
Səmədova onu da bildirib ki, layihə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və icra müddəti 4 ildir.

BAKI, 6 iyun — Sputnik. Azərbaycanda "Zaqatala–Balakən biosfer rezervatının yaradılması" layihəsinə start verilir. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.

O, qeyd edib ki, layihə çərçivəsində Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq Zaqatala-Balakən biosfer rezervatı həmin bölgədə ekoturizmin inkişafına və yerli əhalinin məşğulluğunun artırılmasına şərait yaradacaq, insanların flora və faunaya zərər vermədən təbiət gözəlliklərini görməsi üçün hərəkət çığırları, seyr nöqtələri müəyyənləşdiriləcək. Qoruqdan fərqli olaraq biosfer rezervatın ərazisinə ekoturistlərin girişi açıq olacaq.

ETSN rəsmisi biosfer qoruğunun yaxın qonşularımız Türkiyə, Rusiya, Belarusiyada da mövcud olduğunu, lakin Cənubi Qafqaz regionunda ilk dəfə Azərbaycanda yaradılacağını vurğulayıb.

O qeyd edib ki, bununla da bölgədə ekoloji və kənd turizminin stimullaşdırılmasına, əhalinin sosial-iqtisadi rifahının yüksəldilməsinə şərait yaranacaq. Biosfer rezervatda müasir tələblərə cavab verən infrastruktur qurulacaq, alternativ və bərpa olunan enerji mənbələri ilə təmin olunacaq. Eyni zamanda, burada ekoloji təmiz məhsulların istehsalı üçün təsərrüfat yaradılacaq.

"Biosfer rezervatın özəlliklərindən biri də odur ki, burada istehsal olunan orqanik məhsullar qoruğun loqosu ilə qablaşdırılacaq və bir sıra ölkələrə ixrac olunan zaman gömrük rüsumundan azad olunacaq. Həmçinin, layihə çərçivəsində ətraf ərazilərdə təsərrüfat fəaliyyəti ilə məşğul olan şəxslərə kiçik həcmli qrantların verilməsi də planlaşdırılır".

A.Səmədova onu da bildirib ki, layihə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və icra müddəti 4 ildir.

0