Bakı-Sumqayıt yolu

Sumqayıt sakinlərinə şad xəbər

884
(Yenilənib 15:36 16.08.2018)
Həmin xətt üzrə hərəkətdə olan 8 avtobusun salonunda mövcud dəyişiklikdən sonrakı tarif əks olunub

BAKI, 16 avqust — Sputnik. Bakı-Sumqayıt (H.Z.Tağıyev qəsəbəsi) marşrutu üzrə hərəkət edən şəhərlərarası müntəzəm marşrut avtobuslarında gediş haqqı Tarif Şurasının 2018-ci il 30 iyul tarixli qərarı ilə hər kilometrə 2,4 qəpik hesablanaraq 80 qəpik tarifi ilə təsdiq olunub. Bu barədə Sputnik Azərbaycan-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomabil Nəqliyyatı Xidməti (DANX) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DANX tərəfindən həmin istiqamət üzrə tarifin aşağı salınması ilə bağlı daşıyıcı şirkətə müraciət edildikdən sonra, əldə olunan razılığa əsasən, tarif 60 qəpiyə endirilib. 

Beləliklə, bu gündən etibarən Bakı-Sumqayıt (H.Z.Tağıyev qəsəbəsi) istiqamətində 502 saylı marşrut xəttindən istifadə edən sərnişinlər gediş haqqı üçün 60 qəpik ödəyəcəklər.

Həmin xətt üzrə hərəkətdə olan 8 avtobusun salonunda mövcud dəyişiklikdən sonrakı tarif əks olunub.

Sərnişinlərdən süni şəkildə artıq məbləğ tələb edən sürücülərlə bağlı NRYTN-nin "1655" saylı "Qaynar xətt"nə müraciət edərək məlumat vermələri rica olunur.

Əlavə olaraq qeyd edək ki, avqust ayının 3-dən etibarən 501 və 503 saylı marşrut xətlərində də DANX-ın daşıyıcılara müraciətindən sonra tarif 60 qəpik müəyyən edilib.

884
Əlaqədar
Postsovet məkanında metrolarda gediş haqları
Hansı marşrut avtobusunda gediş haqlarının nə qədər artırıldığı açıqlandı - SİYAHI
Şirkətlər gediş haqlarının hələ də aşağı olduğunu düşünür, vətəndaşlar isə artacağını
İctimai nəqliyyatda gediş haqlarının artırılmasına sərt reaksiya
Azərbaycanda metro və marşrut avtobuslarında gediş haqqı artırıldı
Favipiravir preparatı

Həyatınızla eksperiment aparmayın - Koronavirusu müalicə "edən" dərman təhlükəli çıxdı

2
(Yenilənib 19:07 10.07.2020)
Yaponiyada "Favipiravir" kliniki testlərdən keçirilib və onun koronavirusun müalicəsində effektiv olmadığı sübut olunub. Rusiya Səhiyyə Nazirliyi "Avifavir"-i mayın 30-u təsdiqləyib.

BAKI, 10 iyul — Sputnik. Rusiya Səhiyyə Nazirliyi tərəfindən koronavirusun müalicəsi üçün təsdiqlənən "Avifavir"in hamilə qadınlar üçün təhlükəli olduğu məlum olub. Sputnik Azərbaycan "Lenta.ru"-ya istinadən xəbər ki, bunu Qameli adına epidemiologiya və mikrobiologiya üzrə elmi-tədqiqat mərkəzinin direktoru Anatoli Altşeyn bildirib.

O, qeyd edib ki, daha əvvəl bu preparat yuxu dərmanı kimi istifadə olunub və genetik qüsurlu uşaqların doğulmasına səbəb olurdu.

Altşeyn bildirib ki, bu preparat Yaponiya istehsalı olan "Favripiravir"dən sintez olunub. Yaponiyada istehsal olunan və digər ölkələrə göndərilən dərman isə effektiv olmayıb: "Həmin dərman sintez olunub və digər adlarla buraxılıb. Bu dərman hamilə xanımlar üçün çox təhlükəlidir O, 60-cı illərdə yuxu dərmanı kimi tətbiq olunan talidomidə bənzəyir.

O, əlavə edib ki, Yaponiyada "Favipiravir" kliniki testlərdən keçirilib və onun koronavirusun müalicəsində effektiv olmadığı sübut olunub. Bu nəticələr Rusiyada da nəzərə alınmalıdır.

"Qovorit Moskva" radiostansiyası ilə qeyd edir ki, Yaponiya hökuməti bu dərmanı qrip epidemiyası üçün saxlayır və əlavə təsirlərlə bağlı açıq bazara çıxarmır.

Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi "Avifavir"-i mayın 30-u təsdiqləyib. Qeyd olunur ki, bu preparat Ebola hemorragik qızdırmasının müalicəsində istifadə olunub.

2
Rayonlararası polis postunda PPX avtomobili, arxiv şəkli

Rayonlara gediş-gəliş üçün icazə qaydası açıqlandı

56
(Yenilənib 19:07 10.07.2020)
Hikmət Hacıyev bildirib ki, ölkədən çıxanlar arasında müalicə üçün xaricə gedənlərə üstünlük verilir

 

BAKI, 10 iyul — Sputnik. "Rayonlardan Bakıya gələnlər arasında da xəstəliyi ilə bağlı göndərişi olanlar, həmçinin işlə bağlı gələnlərə icazə verilir". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə bildirib ki, ölkədən çıxanlar arasında müalicə üçün xaricə gedənlərə üstünlük verilir. Həmçinin biznes və iqtisadi məsələlər üçün xaricə üz tutan vətəndaşlarımız da var".

H.Hacıyev deyib ki, pandemiya başlayandan bu günədək bir çox vətəndaşlarımız xarici ölkələrdə qalıb.

56
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Rayonlara gediş-gəlişin açılması təhlükəlidir - Yaqut Qarayeva
Hikmət Hacıyevdən avtobuslarda sıxlıq sualına təəccübləndirən cavab
Prezidentin köməkçisindən 190 AZN barədə açıqlama
Sabahdan bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır - Rəsmi
Azərbaycanın xaricdəki bəzi diplomatları koronavirusa yoluxub