Здание Министерства экологии и природных ресурсов Азербайджана

Ekologiya düşməni olan sahibkar cəzasını aldı

67
(Yenilənib 13:13 16.08.2018)
Nazirlik: Bakıda dəniz kənarında vəhşi quşlar saxlayan obyekt sahibi cərimələnib

BAKI, 16 avqust — Sputnik. "Bakıda dənizin kənarında fəaliyyət göstərən ictimai-iaşə obyektində qanunsuz vəhşi quşlar saxlayan sahibkar cərimələnib". 

Bunu Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Pirşağı qəsəbəsində fəaliyyət göstərən ictimai-iaşə obyektində qəfəsdə vəhşi quşların saxlanılması ilə bağlı şikayət daxil olub: "Şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb. Araşdırma zamanı Sabunçu rayonu Pirşağı qəsəbəsində, dənizkənarı zonada fəaliyyət göstərən ictimai-iaşə obyektində qanunsuz olaraq təbiətdən götürülən 2 bozqır muymulu quşunun qəfəsdə saxlanıldığı faktı təsdiqini tapıb. Faktla bağlı obyektin sahibi Bəxtiyar Məmmədov barəsində protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 500 manat məbləğində cərimə edilib. Vəhşi quşlar götürülərək təbiətə buraxılıb".

Nazirliyin sözçüsü qeyd edib ki, ETSN ətraf mühitin qorunması və təbiəti mühafizə sahəsində əsl vətəndaş mövqeyi nümayiş etdirən hər bir şəxsə təşəkkürünü bildirir və ekoloji qanun pozuntuları ilə rastlaşdıqda dərhal nazirliyə və nazirliyin 168 nömrəli “Qaynar xətt”inə məlumat vermələrini xahiş edir.

67
Məktəb, arxiv şəkli

Uşaqlar hansı yaşdan etibarən maska taxmalıdırlar?

16
Rusiyanın Paster adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri belə hesab edirlər ki, 12 yaşdan başlayaraq uşaqlarda virusa qarşı həssaslıq yaranır.

BAKI, 24 oktyabr — Sputnik. Bütün dünyadan koronavirus epidemiyası yayıldığı gündən bu yana hansı yaşdan etibarən uşaqların maska taxmalı olduqları məsələsi də ən çox müzakirə olunan mövzulardan biridir. Rusiyalı ekspert bu suala dəqiq cavab verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, mütəxəssislər 12 yaşdan etibarən bütün uşaq və yeniyetmələrin maska taxmasını tövsiyə edirlər. Rusiyanın Paster adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat İnstitutunun mütəxəssisi belə hesab edir ki, bu yaşdan başlayaraq uşaqlarda virusa qarşı həssaslıq yaranır. Mütəxəssisin sözlərinə görə, bununla belə, uşaqlar COVID-19 virusunun aktiv daşıyıcıları hesab olunmurlar. Müşahidələr göstərir ki, bu virus əksər hallarda uşaqlara böyüklərdən yoluxur.

16
Koronavirus modeli, arxiv şəkli

Koronavirus daha tez öldürməyə başlayıb

30
Alimlər eyni zamanda SARC –CoV-2 –nin mutasiya edə bildiyini də təsdiqləyib. Onların fikrincə, mutasiya xəstəliyin ağırllaşmasına səbəb olmasa da, sürətlə yayılmasına səbəb ola bilər.

BAKI, 24 oktyabr — Sputnik. Koronavirus pandemiyasının ikinci dalğasında virusun ağırlaşmış formasında olan xəstələr birinci dalğa ilə müqayisədə daha tez ölür.

Sputnik Azərbacan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Britaniyanın fövqəladə hallar üzrə elmi məsləhət qrupunun hesabatında deyilir.

Alimlər bütün ölkə üzrə xəstəxanalarda olan 76700 sakinin məlumatlarını təhlil edərək bu nəticəyə gəlib.

Belə ki, avqustun 1-nə olan dövr ərzində koronavirusn əlamətləri müşahidə edilən gündən etibarən ağırlaşaraq ölümlə nəticələnmə 13 gün ərzində baş verirdi. Hazırda bu dövr qısalıb və ölümlə nəticələnmə bir həftəyə baş verir.

Alimlərin fikrincə, bu neqativ dinamika xəstəliyin müalicəsinin inkişafı ilə əlaqəlidir. Belə ki, hazırda həkimlər daha çox xəstənin həyatını xilas edə bilir. Xəstəlikdən ölənlər isə digər sağlamlıq problemləri olan zəif orqanizmi olan şəxslərdir.

Alimlər eyni zamanda SARC–CoV-2–nin mutasiya edə bildiyini də təsdiqləyib. Onların fikrincə, mutasiya xəstəliyin ağırllaşmasına səbəb olmasa da, sürətlə yayılmasına səbəb ola bilər.

30
ABŞ bayrağı, arxiv şəkli

ABŞ-ın Bakıdakı Səfirliyi terror təhlükəsi haqda xəbərdarlıq edib: Bu otellərdən uzaq olun

58
(Yenilənib 22:35 24.10.2020)
Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

BAKI, 24 oktyabr — Sputnik. ABŞ-ın Azərbaycandakı Səfirliyi, "Abşeron J.W. Marriott" kimi otellər də daxil olmaqla, potensial olaraq Bakının digər yerlərində ABŞ vətəndaşlarına və xarici vətəndaşlara qarşı baş verə biləcək terror hücumları və qaçırmalar barədə etibarlı məlumatlar əldə edib.

Sputnik Azərbaycan səfirliyin rəsmi saytına istinad edərək xəbər verir ki, ABŞ vətəndaşlarına amerikalıların və ya əcnəbilərin toplaşa biləcəyi yerlərdə çox ehtiyatla davranmaları tövsiyə olunur.

Xəbərdarlıqda aşağıdakı tədbirlər qeyd edilib:

- Ehtiyatlı və sayıq olun.

- Kütlənin çox olduğu yerlərdən yayının.

- Öz profilinizi büruzə verməyin.

- Ətrafınızdan xəbərdar olun.

- Əcnəbilərin sıx olduğu yerlərdə diqqətli olun.

- Yerli mediayanı diqqətdə saxlayın.

Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti ölkəmizdə gözlənilən erməni terroru ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

58