CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda qeyri-adi avtobus dayanacağı aşkar edildi - FOTO

© BNABakıda ətrafı hasarlanmış avtobus dayanacağı aşkar edilib
Bakıda ətrafı hasarlanmış avtobus dayanacağı aşkar edilib - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda ətrafı hasarlanmış avtobus dayanacağı aşkar edilib

BAKI, 16 avqust — Sputnik. Bakının Xətai rayonunun İnqilab İsmayılov küçəsində avtobus dayanacağının ətrafı zəbt edilib. Bununla bağlı daxil olan vətəndaş müraciəti əsasında əraziyə baxış keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, baxış nəticəsində müəyyən edilib ki, məlum olmayan səbəbdən dayanacağın ətrafı hasarlanıb. Nəticədə dayanacaq pavilyonunun şüşələri qırılıb, dirəklər zədələnib.

© BNABakıda ətrafı hasarlanmış avtobus dayanacağı aşkar edilib
Bakıda ətrafı hasarlanmış avtobus dayanacağı aşkar edilib - Sputnik Azərbaycan
Bakıda ətrafı hasarlanmış avtobus dayanacağı aşkar edilib

Bununla da sərnişinlərin ora daxil olması təhlükəli hal alıb. Vətəndaşlar məcburi qaydada yolun hərəkət hissəsinə çıxırlar ki, bu da onların təhlükəsizliyi baxımından ciddi problemdir.

Xəbər lenti
0