Bakı Quba yolu

Dünyaya strateji çıxış yolumuz bağlanacaq

52
(Yenilənib 14:57 15.08.2018)
Alternativ olaraq sürücülər magistralın Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər

BAKI, 15 avqust — Sputnik. 16 avqust tarixindən etibarən Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-45-ci km-lik hissəsində təmir işlərinə start verilir.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təmir işləri yolun Quba istiqamətində aparılacaq və bir-neçə gün ərzində davam etdiriləcək. Bu müddət ərzində magistralın sözügedən hissəsində Quba istiqaməti üzrə hərəkət tam olaraq məhdudlaşdırılacaq.

Alternativ olaraq sürücülər magistralın Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

Yaranacaq müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

52
Teqlər:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu, alternativ yol, məhdudiyyət, təmir