CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayramda avtovağzalın iş rejimi başqa cür olacaq

© Sputnik / Irade JELILBakı Beynəlxalq Avtovağzalı
Bakı Beynəlxalq Avtovağzalı - Sputnik Azərbaycan
Abunə olmaq
Avtovağzal gücləndirilmiş rejimdə işləyəcək

BAKI, 14 avqust — Sputnik. Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Qurban bayramı ilə əlaqədar avqustun 15-dən 24-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə Sputnik Azərbaycan-a Avtovağzal Kompleksindən məlumat verilib.

Bildirilib ki, bayram ərəfəsində yarana biləcək sərnişin sıxlığının qarşısını almaq məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Qeyd edək ki, hazırda gün ərzində 300-350 nəqliyyat vasitəsilə təxminən 10 min sərnişin yola salınırsa, bayram ərəfəsində 600-dən yuxarı reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulub.

Sərnişinlərdən rica olunur ki, bayram günləri üçün səfər biletlərini bir neçə gün öncədən Avtovağzalın kassalarından, eləcə də onlayn qaydada 10 gün öncədən əldə etmələridir. Əlavə məlumat üçün +994 12 406 01 58/59 məlumat bürosu ilə əlaqə saxlaya bilərsiniz.

Xəbər lenti
0