CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni qərar tikinti sahəsindəki vəziyyəti kökündən dəyişəcək

© Sputnik / Anar MustafayevYaşayış binasının tikintisi, arxiv şəkli
Yaşayış binasının tikintisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Əsas məsələ burada süründürməçiliyin, tikintinin harada gəldi aparılmasının aradan qaldırılmasıdır. Çünki bu, vətəndaşların narazılığına səbəb olur"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. Azərbaycan Prezidenti bir müddət əvvəl "Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərman imzalayıb. Fərmana əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib. Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Nazirlər Kabineti və Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir.

Ekspertlər Bakıda tikinti obyektlərinin tikintisinə və istismarına icazənin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilməsini şərh edib. 

Yaxın ərazidə yaşayan sakinlərin sözlərinə görə, burada tikinti işləri 5-6 ildir davam edir - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yüzdən artıq qanunsuz tikinti müəyyən edilib - RƏSMİ

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ötən 20 ildə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan qurumun fəaliyyətini göz qabağında olub: "Onun nəticəsidir ki, Bakı şəhərində bir çox yerdə tikililər nöqtəvari inşa edilirdi və bəzi hallarda standartlardan kənarlaşırdı, tikinti normalarına cavab vermirdi. Ona görə də bu səlahiyyətlər həmin qurumdan alınaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verildi".

Onun sözlərinə görə, burada kadr dəyişikliyi olmuşdu, yeni gətirilən kadrlar Mənzil İnşaatı Dövlət Agentliyindən gəlib, onların da işi göz qabağındadır: "Yeni Yasamalda tikilən yaşayış kompleksi bütün tikinti standart və normalarına cavab verir. Və onun tikinti xərci, maya dəyəri, satış qiyməti hansı ki, bu gün ölkəmizdə aztəminatlı ailələrin ödəmə imkanları çərçivəsindədir".

© KarikaturaGüzəştli mənzillər
Güzəştli mənzillər - Sputnik Azərbaycan
Güzəştli mənzillər

Ekspert hesab edir ki, bu göstəriciləri nəzərə alaraq yeni səlahiyyətlər çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərində tikinti sahəsində nizam-intizam yaradacaq: "Və tikinti şirkətlərini tikinti norma və standartlarına əməl etməyə məcbur edəcəklər". 

Строительство жилых домов, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tikinti sektorunda çalışanlar üçün şad xəbər - RƏSMİ

Onun fikrincə, əsas məsələ burada süründürməçiliyin, tikintinin harada gəldi aparılmasının aradan qaldırılmasıdır: "Çünki bu, vətəndaşların narazılığına səbəb olur, problemlər çoxalır. Yəni əhali üçün maraqlı budur ki, bu cür xoşagəlməz hallar aradan qalxsın. Əvvəllər süründürməçilik çox olurdu, amma, yəqin, bundan sonra aradan qalxacaq".

Tikinti eksperti Elnur Fərzəliyev də Sputnik Azərbaycan-a açıqlamasında sözügedən fərmanı müsbət addım kimi qiymətləndirib: "Dövlət Şəhərsalma və Arxitektura Komitəsi daha yaxşı bilir ki, arxitekturaya, relyefə və s. görə harada tikinti aparmaq olar ya olmaz. Bəzi sürüşmə zonaları, sürüşən ərazilər var və s. Ona görə də bu səlahiyyətlərin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilməsi daha məqsədəuyğundur. Çünki bu iş sırf onların işidir. Bu, tikinti işləri aparanların işlərini daha da asanlaşdıracaq. Demək olar ki, "Bir pəncərə" kimi olacaq və bu, vaxt itkisinin qarşısını alacaq".

Xəbər lenti
0