Stadler qatarı Bakı vağzalında

Bakı-Sumqayıt qatarında mühüm yenilik: Fərqli sistemə keçildi

330
(Yenilənib 10:29 13.08.2018)
Yeni ödəniş sistemində sərnişin elektron gediş kartı alacaq, balansı artıracaq və istifadə etdikcə, məsafəyə uyğun olaraq vəsait kartın balansından silinəcək

BAKI, 13 avgust — Sputnik. Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən elektrik qatarlarından istifadə edən sərnişinlərin məmnunluğunun təmin edilməsi və sərnişinlərə göstərilən xidmət mədəniyyətinin yüksəldilməsi məqsədi ilə 13.08.2018-ci il tarixindən etibarən həmin qatarlarda bilet satışı sistemi ilə yanaşı elektron plastik ödəniş kartları tətbiq ediləcək. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

O bildirib ki, yeni ödəniş sistemində sərnişin elektron gediş kartı alacaq, balansı artıracaq və istifadə etdikcə, məsafəyə uyğun olaraq vəsait kartın balansından silinəcək. Başqa sözlə, hər dəfə kassadan bilet almağa ehtiyac olmayacaq. Bir plastik kart bir sərnişin üçün nəzərdə tutulub.

Elektron plastik ödəniş kartlarını Bakı-sərnişin, Biləcəri, Xırdalan, Sumqayıt stansiyalarının bilet kassalarından əldə etmək olar.

Elektron plastik ödəniş kartları biznes-klass vaqonlarda gediş zamanı müvəqqəti olaraq tətbiq edilmir. Biznes-klass vaqonu ilə səfər edəcək sərnişinlər bilet kassalarından və ya köşklərdən gediş sənədini (bileti) əldə etməlidirlər.

Qeyd edək ki, gediş kartından istifadə qaydaları ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin www.ady.az saytında tanış olmaq olar.

330
Teqlər:
elektron gediş kartı, plastik kart, ödəniş, qatar, Bakı-Sumqayıt
Əlaqədar
Bakı-Sumqayıt yolunun yolçularına yenə xəbərdarlıq edilir
Bakı-Sumqayıt yolu yenə təmirə bağlanır
Bakı-Sumqayıt yolu ilə bağlı xəbər var
Bakı-Sumqayıt yolu yenə kilidləndi - Bu dəfə əks istiqamətdə