BDU-nun binasında qəbul imtahanları, 18 iyul 2018-ci il

Təhsil sindromu: Övladlarımız üçün xoş gələcək, yoxsa intihar kabusu?

9418
(Yenilənib 19:40 13.08.2018)
Taryel Faziloğlu: "Valideynlər də, övladları da bilməlidir ki, ali məktəbə daxil olmamaq son deyil"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 13 avqust — Sputnik. Təhsil ilinin yekununda abituriyentlər üçün böyük sınaq başlayır. Belə ki, 11 il məktəb təhsillərini başa vuran şagirdlər tələbə adı qazanmaq üçün qəbul imtahanı verirlər. Test imtahanının nəticəsinə görə ən çox bal toplayan abituriyentlər tələbə adı qazanırlar. Yetərli qədər bal toplamayanlar isə növbəti il bir daha imtahan verirlər.

Bu hal illərdir ki, baş verir. Təəssüflər olsun ki, abituriyentlər arasında xoşagəlməz halların da sayı artır. Son bir neçə ildə imtahan nəticələri yaxşı olmayan abituriyentlər çıxış yolunu intihar etməkdə görürlər. Və bu hal ildən-ilə artır. Sputnik Azərbaycan gənc abituriyentlərin intihar səbəblərini və bundan çıxış yollarını mütəxəssislərdən soruşub.

Sosioloq Əhməd Mansurov deyib ki, bu, olduqca həssas məsələdir: "Son dövrlər bu hallar daha da artıb. Amma bu məsələnin kökü indi yox, çoxdan yaranıb. Hətta deyərdim ki, təhsil sisteminin buna təsiri böyükdür. Çünki müəllimlər imtahan prosesini o qədər qloballaşdırırlar ki, az qala imtahan uşaqların şüuraltına həyati məsələ kimi oturur. Şagirdlər abituriyent olana kimi məktəbdə bir neçə dəfə imtahan verirlər. Amma o imtahanlar ilə şagird adaptasiya prosesini keçə bilmir və qəbul imtahanı üçün psixoloji hazır olmurlar. Orta məktəb müəllimlərinin imtahan haqqında dedikləri və onları haradasa qorxuda saxlamaları uşaqlarda qorxunu ildən-ilə artırır. Halbuki imtahan verdikcə şagirdə imtahan adiləşməlidir. Bir sözlə, müəllimlər və valideynlər abituriyentlərə kömək olmurlar".

"Eyni zamanda valideynlərin övladlarından daha çox gözləntiləri olması, uşaqlarını hədələmələri, imtahanın abı-havası, uğursuz olandan sonrakı həyatları abituriyentlərin psixologiyasına güclü təsir göstərir. Nəticə uğursuz olanda da onlara pis təsir edir. Sonda da psixologiyası zəif olan abituriyentlər həyatlarına son qoyurlar. Abituriyentlərə yaxın və qohumlar tərəfindən basqı olmamalıdır, hər kəs onlara dəstək durmalıdır. Yalnız bu çıxış yoludur" — deyə sosioloq əlavə edib.

Psixoloq Taryel Faziloğlu bildirib ki, abituriyentlərin intihara meylli olmasının bir neçə səbəbi var: "Bunun psixoloji, sosioloji səbəbləri var. Sosial səbəbləri götürsək, deyə bilərəm ki, mətbuatda və sosial şəbəkələrdə az bal toplayan abituriyentlər ilə yüksək bal toplayanların arasında həddindən artıq müqayisələr aparılır, az bal toplayanlar heç də sosial şəbəkələrdə normal qarşılanmır. Bu müqayisələrdən dolayı onların ailələrinin göstərdiyi neqativlik uşaqların ciddi dönəmində, daha həssas bir zamanda intihara meyllilik yaradır. Sonuncu dönəmdə isə abituriyentlər özlərini imtahan verərək uğur qazanmadan və tələbə adı almadan yaşaya bilməməyi düşünmələri ilə bağlıdır. Onlar düşünür ki, bu vəziyyətdə onların həyatları məhv olacaq və intiharı seçirlər".

"Bunun qarşısını almaq üçün müqayisələr aradan qaldırılmalıdır, ailələrdə və məktəblərdə maariflənmə işi aparılmalıdır ki, uşaqların ali məktəbə daxil olmaması heç nəyi dəyişmir. Abituriyentlərə psixoloji kömək olunmalıdır" — psixoloq vurğulayıb.

T.Faziloğlu onu da qeyd edib ki, son iki ildəki devalvasiyalar da insanlara təsir edib: "Valideynlər problemlərini uşaqlarına da ötürürlər, uşaqların gələcəyini universitetə daxil olmalarında fokuslaşdırırlar. Bu da baş tutmayanda, onlara mənfi təsir edir. Nəticə də məhz intihar olur. Bunun qarşısını yalnız övladlara dəstəklə almaq olar. Valideynlər də, övladları da bilməlidirlər ki, ali məktəbə daxil olmamaq son deyil".

9418
Teqlər:
psixoloji təsir, dəstək, təzyiq, intihar, təhsil, imtahan, abituriyent
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 3469 nəfər COVID-19-a yoluxub

8
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 102 396 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 66 963 nəfər müalicə olunaraq sağalıb, 1 224 nəfər vəfat edib, aktiv xəstə sayı 34 209 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

8
Teqlər:
Azərbaycan, test, Koronavirus, COVID-19, yoluxma
Bakıda velosipedçilər, arxiv şəkli

Velosiped yolları ilə bağlı konsepsiya hazırlanıb

1
O, həmçinin əlavə edib ki, bununla yanaşı, tramvay yolları da artıq baş planda əksini tapıb və BNA tərəfindən bu istiqamətdə də işlər həyata keçirilməkdədir.

BAKI, 25 noyabr — Sputnik. Bakı şəhərində alternativ nəqliyyat növləri sayılan velosiped yollarının və tramvay xətlərinin inkişaf etdirilməsi nəzərdə tutulur.

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, velosiped yolları ilə bağlı böyük bir konsepsiya hazırlanıb ki, bu da avtobus zolaqları ilə yanaşı, Bakı şəhərinin baş planına inteqrasiya edilib.

"Yaxın zamanlarda Bakı şəhərinin mərkəzində biz velosiped zolaqları ilə bağlı konkret əməli işlərin şahidi ola biləcəyik", - deyə T.Səfərov qeyd edib.

O, həmçinin əlavə edib ki, bununla yanaşı, tramvay yolları da artıq baş planda əksini tapıb və BNA tərəfindən bu istiqamətdə də işlər həyata keçirilməkdədir.

1
Teqlər:
Bakı şəhəri, velosiped, BNA

Bayraqlarla küçələrdə: Bakıda Kəlbəcərin qaytarılmasını qeyd etdilər

0
Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən işğal edilmişdi.

Bakıda Kəlbəcər rayonunun erməni işğalından azad olunması münasibətilə avtoyürüş keçirilib. Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə bəzədilmiş maşınlar şəhərin mərkəzi küçələri ilə hərəkət ediblər.

Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən noyabrın 10-da  imzalanan razılaşmaya uyğun olaraq, Azərbaycan ordusunun bölmələri 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Bu hadisə ilə əlaqədar Bakıda avtomobil yürüşü təşkil edilib. Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə bəzədilmiş avtomobillər Heydər Əliyev Mərkəzindən başlayaraq Bakının mərkəzi küçələri ilə Şəhidlər Xiyabanına doğru hərəkət ediblər.

Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən işğal edilmişdi.

0
  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş