Ağamməd Rzayev

Azərbaycana gələn turistlərin çıraqla axtardıqları adam: Onu eşq hallara salıb...

16346
(Yenilənib 10:12 08.08.2018)
"Nədəndirsə, aşiqlər öz yarlarına qovuşa bilmirlər, mən də qovuşmadım"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. Məhəbbət haqqında dastanlar yazılıb, nəğmələr qoşulub. Onun hansı səbəblərdən, necə yaranmasını psixoloqlar, alimlər, şairlər araşdırıb, bir-birindən fərqli nəticələr ortaya qoyublar.

Məhəbbətin insanı dəyişməsini — bəzilərini aşıq, aşiq, şair, məcnun və s. hallara salmasını isə heç kim inkar etməyib. Düzdür, insan psixologiyası üzrə araşdırmalarda daha irəli getdiyini iddia edən elm adamları bunu hər hansı psixoloji prosesə bağlayıb müxtəlif yönlərdən izah etsələr də, el arasında bu adamlar elə haqq aşiqi, könül adamı olaraq tanınıb və qəbul ediliblər.

Ağamməd Rzayev
© Sputnik / Ilham Mustafa
Ağamməd Rzayev

Sputnik Azərbaycan əməkdaşının həmsöhbəti olan Gədəbəy rayon Moruqlu kənd sakini Ağamməd Rzayev də bu cür insanlardandır. Uşaqlıqdan çoban olan atasına kömək edərək, gözəl təbiətli Gədəbəyin yaylaqlarında qoyun-quzu otararaq böyüyüb. Gəzdiyi yaylaqların birində ilk məhəbbətinə (o qızın haqqında ətraflı danışmaq istəmir — müəll.) rast gəlib və elə xüsusi bacarıqla fit çalmağı da o vaxtlardan öyrənib.

"Neyləməlisən, ürəyini boşaltmalısan dağlara, daşlara" — deyən Ağamməd Rzayev dərələrdə sürünü fitlə idarə etdikcə, tədricən fitin musiqiyə çevrilməsini hiss edib, daxildən gələn ehtiyacla bu bacarığı daha da qabarıq üzə çıxarıb. Sonralar isə məhəbbət saçan bir yanğıyla bu qabiliyyətini daha da inkişaf etdirib.

Hazırda işarət və adsız barmaqlarının köməyi ilə 20-dək musiqini fitlə ifa edir. Günü-gündən bu bacarığını daha da inkişaf etdirməyə çalışır. Çünki məhəbbətdən yaranan bacarıq onunçün qazanc mənbəyinə də çevrilib. Belə ki, yayda turistlərin daha çox axını baş verən Gədəbəyin restoranları, bulaq başları musiqiçilərin qazanc mənbəyi olur. Saz çiynində məclis-məclis gəzən aşıqlar həm gələn turistləri feyziyab edir, həm də öz büdcələrinə əlavə vəsait gətirmiş olurlar.

A.Rzayev özünün turistlər tərəfindən ən çox arzulanan musiqiçilərdən biri olduğunu, xüsusiləsə fit çalma qabiliyyətinə görə axtarıldığını söyləyir: "Ən çox turistlər axtarırlar məni. Onların içində başqa rayonlarda yaşayanlar da var. Ən çox Cənubi Azərbaycandan olan turistlər, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımız məni soraqlayıb tapır. Allah bərəkət versin, yay aylarında dolanmaq mümkün olur".

Sazda da 40-a yaxın hava ifa eləməsinə baxmayaraq özünü sırf aşıq hesab etmir. Gənclik dövrlərində insanların daha saf məhəbbətə malik olduqlarını deyən həmsöhbətim yanıqlı halda deyir ki, "Nədəndirsə, aşiqlər öz yarlarına qovuşa bilmirlər. Mən də qovuşmadım. İndi bu, həm də mənim hisslərimin ifadəsidir".

Ağamməd Rzayev, əsasən Qədir Rüstəmovun ifasında dinlədiyimiz "Sona bülbüllər" mahnısını fitlə səsləndirərək bu gün də öz dərdinə təskinlik verdiyini bildirir…

16346
Teqlər:
Moruqlu kəndi, Ağamməd Rzayev, nəğmə, fit, eşq, məhəbbət, aşiq, Gədəbəy rayonu, sevgi, psixologiya, aşıq, elm, musiqi, insan
Əlaqədar
Eşq acısını unutduran maddə kəşf edilib
Bir eşqin naləsini ifadə edən “Sarı gəlin” təqdim olundu
Kişilər ancaq belə qadınlara aşiq olur
Azərbaycana aşiq olan eston gələcəyini bura bağlamaq istəyir
Bakıda tibb işçiçiləri, arxiv şəkli

Koronavirusa yoluxmanın ən çox müşahidə olunduğu ərəfə açıqlandı

2
(Yenilənib 17:33 06.08.2020)
29 iyun - 5 iyul tarixlərində COVID-19-a yoluxmada rəqəmlər yüksək olub. Həmin ərəfədə 52 nəfər COVID-19-dan vəfat edib.

 

BAKI, 6 avqust — Sputnik. Azərbaycanda COVID-19-a yoluxma üzrə dinamikanın həftələr üzrə statistikası açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az-a istinadən xəbərinə görə, ən çox yoluxma qadınlar arasında qeydə alınıb. Belə ki, ümumi yoluxanların 54 faizini qadınlar, 46 faizini kişilər təşkil edib.

29 iyun-5 iyul tarixlərində 3 900 nəfər yoluxub, 2716 nəfər sağalıb, 52 nəfər dünyasını dəyişib

6-12 iyul tarixlərində 3 717 nəfər yoluxub, 3 351 nəfər sağalıb, 56 nəfər dünyasını dəyişib

13-19 iyul tarixlərində 3 480 nəfər yoluxub, 3 874 nəfər sağalıb, 48 nəfər dünyasını dəyişib

20-26 iyul tarixlərində 2 529 nəfər yoluxub, 3 717 nəfər sağalıb, 63 nəfər dünyasını dəyişib

27-2 avqust tarixlərində 2 393 nəfər yoluxub, 4 429 nəfər sağalıb, 45 nəfər dünyasını dəyişib.

2
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Azərbaycanda koronavirus geriləyir: sağalanların sayı 435 oldu
İlham Əliyev: Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir
Vaksin burdaymış! Bizi koronavirusdan barama qurdu xilas edə bilər
Koronavirusa görə hamı ona qaçır, amma təhlükəsini unutmuşuq?

Azərbaycanda koronavirus geriləyir: sağalanların sayı 435 oldu

32
(Yenilənib 17:20 06.08.2020)
İndiyədək ölkədə ümumilikdə 33 247 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29 275 nəfər müalicə olunaraq sağalıb, 479 nəfər vəfat edib

BAKI, 6 avqust — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 435 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

View this post on Instagram

A post shared by Sputnik Azərbaycan (@sputnik.az) on

İndiyədək ölkədə ümumilikdə 33 247 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29 275 nəfər müalicə olunaraq sağalıb, 479 nəfər vəfat edib, aktiv xəstə sayı 3 493 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 050, ötən müddət ərzində isə ümumilikdə 766 179 test aparılıb.

32
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
İlham Əliyev: Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir
Prezident 190 manatla bağlı göstəriş verdi
Vaksin burdaymış! Bizi koronavirusdan barama qurdu xilas edə bilər
Azərbaycanda COVID-19-un ölüm faizi açıqlandı: "Müalicə protokolları düzgün tərtib olunub"
TƏBİB sədri: "Açılan modul tipli xəstəxanalardan yalnız 5-dən istifadə etmişik"